Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1682/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi ilə, VÖEN **********, Lənkəran rayonu, Liman şəhəri, Rəsulzadə küçəsində yerləşən Şəxs X1 Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-ci il tarixli, 6-1-26/2- 6328/2023 saylı məktubu ilə tələb edilən sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etmədiyinə görə Şəxs X1 Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 548.2-ci maddəsi ilə 02 noyabr 2023-ci il tarixli EP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat evrilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişlər. Məhkəmə, İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs X1 Cəmiyyəti-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli, 6-1- 26/2-6328/2023 saylı saylı sorğu məktubundan görünür ki, Şəxs X1 Cəmiyyəti-nin səhmdarlarının 2022-ci ilə dair emitetinin illik hesabatının 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış Poçt xəbərnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ATSC-yə məktubu Şəxs ATSC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan görünür ki, Şəxs ATSC-nin ünvanı Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsidir. İXM-nin 548.2-ci maddəsinin dispozisiyasına görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi(sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2023-ci il tarixli, 6-1-26/2-6328/2023 saylı məktubla 2022-ci ilə dair emitetinin illik hesabatının 5 iş günü göndərilməsi ilə bağlı Şəxs ATSC -yə müraciət etmiş, lakin Şəxs ATSC həmin məktubu rəsmi qaydada almasına baxmayaraq həmin məlumatları Mərkəzi Banka göndərməmişdir. Məhkəmə hesab edir ki, Şəxs ATSC-nin inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. İXM-nin 548.2-ci maddəsinin sanksiyasına görə həmin maddənin dispoziyasında qeyd olunan əməllərin törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs ATSC -yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş Şəxs ATSCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs X1 Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1682/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1682/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver