Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1684/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad ğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 2022-ci ilə dair emitentin illik hesabatı 5 gün ərzində Mərkəzi Banka təqdim etmədiyinə görə "xxxx" ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İXM-nin 548.2-ci maddəsi ilə 01 noyabr 2023-cü il tarixli EP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın inzibati xəta törədən şəxs "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına bildirilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 6-1-26/2-6334/2023 saylı sorğu məktubundan görünür ki, "xxxx" ASC-dən 2022-ci ilə dair emitentin illik hesabatı 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuş, əks halda İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Poçt xəbərnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə məktub "xxxx" ASC-nin əməkdaşı Quliyev tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İXM-nin 548.2-ci maddəsinin dispozisiyasına görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi(sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli 6-1- 26/2-6334/2023 saylı sorğu məktubundan görünür ki, "xxxx" ASC-dən 2022-ci ilə dair emitentin illik hesabatı 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb olunmuş, "xxxx" ASC həmin məktubu xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almasına baxmayaraq həmin məlumatları Mərkəzi Banka göndərməmişdir. "xxxx" ASC-nin inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 548.2-ci maddəsinin sanksiyasına görə həmin maddənin dispoziyasında qeyd olunan əməllərin törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş "xxxx" ASC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş "xxxx" ASCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500(min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1684/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1684/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver