Məhkəmə qərarları › İş №3(049)-1685/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1685/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1685/2023 17.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin YPX –nin baş inspektoru X3 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonun Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 334-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində «VAZ 21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək hüququ olmayan narkotik vasitədən istifadə etməklə sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 329.1, 332.1 və və 334-1.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Rayon Şəhər Polis Şöbəsinin YPX–nin baş inspektoru X4 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində «VAZ 21074» markalı ** CA *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsünu təhlükəsizlik kəmərinə görə saxladıqdan sonra, onun sürücülük vəsdiqəsi olmadan narkotik səroşluğu altında avtomoibili idarə etməsini aşkar etmişlər. Dərhal protokolu tərtib edib Lənkəran Rayon Şəhər Polis Şöbəsinin DYPB-nə təqdim etmiş, lakin, nə səbədən ondan 05 gün keçdikdən sonra protokolun məhkəməyə verilməsinin səbəbini bilmir. Cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, sürücülük vəsiqəsi yoxdur. Bakı şəhərində toyda olduğu zaman tanımadığı şəxslərlə siqaret çəkdiyi zaman ona narkotik vasitə vermişlər, o da onu qəbul etmiş, atası və anası xəstə olduqlarından onlara baxmağa gəlmiş tibb bacısını evlərinə apardığı zaman polis tərəfindən saxlanılmışdır. Valideynlərinin xəstə olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxs və inzibati xətanı törətməkdə təqsirləndirlən şəxsi dinləyib, inzibati materialları nəzərdən keçirib hesab edir ki, onun əməli düzgün olaraq İXM-nin 334-1.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 000870 №-li protokoldan görünür ki, müayinə zamanı Şəxsn sidiyində kannabinoid- THC aşkar edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəssnə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində müəyyən müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 noyabr 2023-ci il tarix, saat 16:55-dən hesablansın. Həbsin sonu 01 dekabr 2023-cü il tarix 16:55 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar