Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1687/2023 17.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X11 sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: X7, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran Şəhər Rayon Polis Şöbəsindən Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 17 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrindəLənkəran rayonu, Boladi kəndində torpaq sahəsində X3ən ünvanına ucadan söyüşlər söyərək xırda xuliqanlıq törətmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş polis leytenanti X2 oğlu bildirdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən protokolda qeyd olunan inzibati xəta törədilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində qanunauyğun tədbir görülməsini və inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildir ki, Şəxs xırda xuliqanlıq etməsinin şahidi olan şəxslərin məhkəmə iclasında iştirakını təmin etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 göstərdi ki, 13 oktyabr 2023cü il tarixdə mərhum ərinin əmisi Mətləb Rzayev barəsində 102-xidmətinə vermiş olduğu məlumat yanlış olmuş yəni evindən hər hansı oğurluq olmamış, lakin həmin tarixdə Liman ŞPB-nə yazmış olduğu ərizəni təstiq edərək bununla bağlı aşağıdakıları qeyd etmək istəyir. Əvvəla bildirir ki, mərhum ərinin əmisi Mətləb ilə təxminən dörd ildir ki, qərəzlidir, buna səbəb mətləbin ondan əvəl mərhum qaynatası ilə torpaq iddiası olmuşdur. Qaynatası onun üçün yaşadığı Lənkəran rayonu Boladi kəndində torpaq almış ev tikmiş, həmin ev tam təmirli olmadığından o, həmin evdə yaşamırmış, lakin həmin evin həyətini bağ-bostan kimi istifadə edirmiş. Həmin torpağın böyründə qaynatasının qardaşı Mətləbin torpağı olsa da, Mətləbin onun torpağında gözü olmuş yəni, onun torpağının müəyyən hissəsini özününkiləşdirmək istəyirmiş. Buna görə dəfələrlə aralarında mübahislər olmuş, hətta o, Mətləbdən 2023-cü ili naprel ayında onu söyüb-təhqir etməsi ilə bağlı şikayəti olmuşdur. 09 oktyabr 2023-cü il tarixdə o, Mətləb ilə aralarında olan çəpəri düzəltmək üçün taxta payaları balta ilə yolub çəpər kənarına qoymuşdur ki, bir neçə günə həmin payaları basdırıb çəpərini çəksin. Ondan sonra bir neçə gün həmin torpağına gedə bilməmiş və 13 oktyabr 2023-cü il tarixdə 13 yaşlı oğlu Ayaz ilə birlikdə həyətinə gedib çəpər üçün payaları basdırıb çəpərini çəkmişdir. Ondan sonra bir neçə gün həmin torpağına gedə bilməmiş və 13 oktyabr 2023-cü il tarixdə 13 yaşlı oğlu Ayaz ilə birlikdə həyətinə gedib çəpər üçün payaları basdırmaq istəyəndə payaların yerində olmadığını kolluğa atıldığını, həmin vaxt Mətləbdə öz həyətinə gəldiyini görüö bilmişdir ki, Mətləb onun payalarını özbaşına çəpər kənarında götürüb kolluğunu içinə atmışdır. O, bu barədə Mətləbə deyəndə Mətləb ona «əcəb etdiyni deyib, ardıyca oğlunun yanında onun ünvanına ucadan biədəb küçə söyüşləri söymüşdür. O, da bundan əsəbləşib 102-xidmətinə zəng edib əsəbindən payalarını və evin açarlarını Mətləbin oğurlaması barədə yalan məlumat vermişdir. Lakin, Mətləb onun hər hansı bir şəyasını oğurlamamış, əksinə onun payalarını çıxardıb kənara ataraq onunda biədəb biədəb söyüşlərlə söymüşdür. Sonra o, Liman ŞPBnə bu barədə ərizə ilə müraciət etmişdir. Mübahisə ona məxsus olan həyətdə baş verib və təxminən 3-5 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı ətrafda o və Mətləbdən başqa azyaşlı oğlu Ayaz olmuş başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs məhkəmənin sualına cavab olaraq bildirdi ki, Şəxs onu söyməsi barədə videogörüntü onun mobil telefonunda olmuş, lakin oğlu məktəbdə təhsil aldığına görə həmin videonu silmişdir. Hadisə baş verən ərazi Lənkəran rayonu, Boladi kəndində, açıq sahədə yerləşir, həmin əraziyə yaxın evlər çox uzaqdır. Hadisə zamanı orada oğlanlarından başqa heç kim olmamışdır. Göstərilənlərə əsasən Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Əfsanə Rzayeva onun mərhum qardaşı İlhamın mərhum oğlu Arazın arvadıdır. Əfsanə ilə onun əvvəllər nər hansı konflikti olmamışdır. Lakin Əfsanənin dediyi torpaq sahəsi ilə bağlı son dövürdə onun ıstiafdəsində olmasmı iddia etməsi olmuşdur. Çünki, həmin torpağın qonşuluğunda onun özünə məxsus pay torpağı vardır. 13 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində o, öz torpaq sahəsinə getdikdə Əfsanənin özbaşına onun torpağında çəpər tikdiyini görmüş və buna görə Əfsanə ilə aralarında mübahisə başlamış və mübahisə zamanı Əfsanə onun ünvanına nalayiq söyüşlər söydüyü üçün o, Əfsanəyə yalnız «qələt edirsən» sözünü demişdir. Əfsanə onu birinci söymüş, o isə cavab verməmiş, yəni söyüş söyməmişdir. Bundan sonra oradan uzaqlaşmışdır. Həmin vaxt Əfsanənin azyaşlı oğlu Ayazı orada görməmişdir. Baş vermiş mübahisə zamanı o, və Əfsanədən başqa ətrafda heç kəs olmamışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin sualına cavab olaraq bildirdi ki, Hadisə baş verən ərazi Lənkəran rayonu, Boladi kəndində, açıq sahədə yerləşir, həmin əraziyə yaxın evlər çox uzaqdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil göstərdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin hərəkətlərinə İXM-nin 510-cu maddəsinin tərkib hissəsini əhatə edəcək hər hansı hal yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 23 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, X4 şikayəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə Lənkəran ŞRPŞ İTB-yə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış elektron sənədlərdən görünür ki, Şəxs oğliu ümumi xəstəlikdən İİ qrup əlildir. İş üzrə məhkəməyə sübut qismində şahidlər, foto, video və ya digər sənədlər təqdim edilməmişdir. Məhkəmə, hazırkı iş üzrə aşağıdakı qeyd etməyi zəruri hesab edir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə X1 hərəkətlərində İXM 510-cu maddəsinin tərkib əlamətlərinə rast gəlinmir. Məhkəmə qeyd edir ki, hadisənin baş verdiyi ərazinin yerləşmə yeri, tərəflər arasındakı münasibətlər, eləcə də hazırda iş üzrə yeganə sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin ifadəsi barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozmağa yönəlmiş hərkətlər etməyini təsdiq edəcək qədər kifayət deyildir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlər, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərin edilməsi məhkəmədə müəyyən edilmədi. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1687/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1687/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver