Məhkəmə qərarları › İş №3(049)-169/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-169/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-169/2025 11.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 1 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat aliment tutularaq tələbkar X3 ödənilməlidir. Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-129/2020 saylı, icra sənədinə əsasən, borclu Şəxs tələbkarlara ümumilikdə 9.540 manat məbləğində aliment bocu yaranmışdır. Borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədlər şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər tərtib edilərək, borcluya təqdim edilmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçıraraq, çağırışlara gəlməmişdir. Borclunun barəsində tərəfindən İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir və məhkəmənin 05 yanvar 2021-ci il tarixli qərarı ilə həin protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Borclu Şəxs şöbəyə dəvət edilərək, icra sənədlərinin icrası ilə əlaqadar onun izahatı alınmış, o, icra sənədləri barədə məlumatlı olduğunu bildirərək, izahatında həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin hazıradək borclu qeyd edilən icra sənədinə əsasən, tələbkara cəmi 700 manat ödəniş etmişdir. Alimentin ödənilməsi ilə əlaqadar icra sənədinə əsasən tələbkar Ayşən Caniyevaa 9.540 manat borcu qalmışdır. Protokolun təmin edilərək, borclu Şəxs olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədi ilə əlaqadar icra məmuru tərəfindən 2020-ci ilin aprel ayında məlumatlandırılmışdır. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkara ödəniş edə bilməmişdir. Həmin icra sənədlərinə əsasən, təkcə tələbkara 700 manat məbləğində ödəniş etmişdir. İşləmədiyindən və heç yerdən gəliri olmadığından aliment öhdəliyini ödəyə bilməmişdir. Borcları hissə-hissə ödəməyə razıdır. Eyni zamanda himayəsində azyaşlı övladları olduğuna görə həbs olunmasından qorxaraq icra məmurunun çağırışlarına getməmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs 1 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat aliment tutularaq tələbkar X3 ödənilməlidir. Borclunun tələbkara icra sənədinə əsasən ümumilikdə 9.540 manat bocu qalmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun izahatları alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-27/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu Şəxs icra məmurunun çağırışından boyun qaçırdığı üçün onun barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək, icra edilməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə dair tələbkarlara 9540 manat aliment və digər borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on ) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 11 fevral 2025-ci il saat 18:15-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar