Məhkəmə qərarları › İş №3(049)-1693/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1693/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1693/2023 20.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 19 noyabr 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində Lənkəran ŞPRŞ-nin DYPB-nin YPX inspektoru X7 xidməti başa vuraraq bölmənin xidməti istifadəsində olan **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul maşınını şöbənin inzibati binasına gətirərkən şöbənin giriş qapısının qarşısında arxadan gələn Lənkəran şəhər sakini Şəxs idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı nəqliyyat vasitəsi YPX maşınına çırpılmışdır. Bundan sonra sürücü Şəxs şöbənin inzibati binası qarşısında YPX inspektoru Anar Əliyevə qarşı kobudluq etmiş, ünvansız ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, barəsində həmin tarixdə tutma protokolu, həmçinin tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 19 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, özünü təqsirli bilmir. **-NH-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində hava limanı istiqamətinə sərnişin apararkən Lənkəran ŞRPŞ-nin inzibati binasının qarşısında öndə hərəkətdə olan **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul maşını şöbənin binasının qəfildən dayanmış, bu zaman onun sürəti saat təqribən 40 km/s olmuş, aralarında 2-3 metr məsafə olmuş və idarə etdiyi maşın YPX maşının sağ arxa tərəfindən çırpılmışdır. Daha maşından düşərək YPX inspektoruna nə üçün yolda qəfildən dönüb saxladığını irad bildirmiş, baş vermiş qəzaya görə bir-biriləri mübahisə etmişlər. Yaxınlıqda başqa şəxslər də olmuş, daha sonra polis işçiləri onu şöbənin binasına apararaq barəsində tutma tətbiq etmişlər. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində xidməti başa vuraraq bölmənin xidməti istifadəsində olan **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul maşınını şöbənin inzibati binasına gətirərkən şöbənin giriş qapısının qarşısında arxadan gələn Lənkəran şəhər sakini Şəxs idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı nəqliyyat vasitəsi YPX maşınına çırpılmışdır. Bundan sonra sürücü Şəxs şöbənin inzibati binası qarşısında YPX inspektoru Anar Əliyevə qarşı kobudluq etmiş, ünvansız ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin ərazidə başqa vətəndaşlar olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı X1 xx.xx.2023-cü il tarixli, 3-17-1/2-270198/2023 nömrəli arayışından görünür ki, Şəxs filialdan xx.xx.2023-cü il tarixədək bəzi kateqoriyalı şəxslərə-sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, 27/27 nömrəli arayışından görünür k, ünvan 3 ünvanda yaşayan Məmmədov X4 ŞRPŞ-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun tərəfindən etiraf edilməsə də, şahid izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o, məhkəmə iclas zalında dərhal tutmadan azad edilsin. Qərarın icrası Şəxs tutmadan azad edilməsi hissəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə, inzibati cərimə növündə tənbeh tədbirinin icrası hissəsində isə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar