Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1695/2023 20.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Lənkəranda rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 15:00 radələrində icarə əsasında idarə etdiyi «Ford Mustang» markalı **-LD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol nəqliyyat hadisəsi törətdiyinə görə sonuncunun barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, toy mərasimi ilə əlaqədar 1 gün müddətinə icarəyə götürdüyü «Ford Mustang» markalı **-LD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 23 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində rayonun Hirkan qəsəbəsində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncunun avtomobilində olan sərnişin – X2 yüngül dərəcəli bədən xəsarəti almışdır. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs ilə dəfələrlə barışıq əldə etməsinə cəhd etmiş, lakin sonuncu onunla barışmamışdır. Əməlindən səmimi peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X1 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində rayonun Hirkan qəsəbəsində idarə etdiyi “VAZ 21074” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən sağa dönüş etmək istəyərkən, həmkəndlisi Şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfi onun idarə etdiyi maşının arxa sol tərəfinə çırpılmış, nəticədə avtomobildə olan sərnişin onun oğlu - X2 yüngül dərəcəli bədən xəsarəti almışdır. X3 səhhəti normaldır. Lakin o, Şəxs ilə barışmamışdır, barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, iş üzrə alınmış izahatlar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs əməlini etiraf edib peşman olmasını İXM-nin 32.1.1-ci, ilk dəfə inzibati xəta törətməsini və zərəçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə olunmasına cəhd etməsini isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1695/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1695/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver