Məhkəmə qərarları › İş №3(049)-1699/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1699/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1699/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, Lerik rayon X9 Patrul Xidməti X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-nin) 342.3-cü maddəsi ilə qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət verərək, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində özünə məxsus Mercedes Benz minik markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Lerik yolunun 53-cü km-də hərəkət edərkən yol polisi əməkdaşı idarə etdiyi avtomobili ilə onun avtomobilinin arxası ilə hərəkət edərək ona saxla işarəsi vermişdir. O da maşını yolun kənarında saxlamışdır. Polis əməkdaşı özünü təqdim edərək ötmə əməliyyatı nəzərdə tutulmayan yerdən ötmə əməliyyatının həyata keçirdiyini bildirmiş, o da heç bir ötmə əməliyyatını həyata keçirmədiyini və əlində sübutu olduğu halda təqdim etməsini bildirmişdir. Həmin vaxt heç bir protokol tərtib olunmamışdır. Sonra maşını sürüb getmişdir. Yolda telefonuna SMS gəlmiş, onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində protokol tərtib edilmişdir.Sonradan onu xx.xx.2023-cü ildə X8 yol polisi bölməsinə çağırmışlar. Lakin ona ünvanlanmış bildirişdə saat qeyd edilmədiyi üçün və həmin günü məhkəmədə prosesləri olduğu üçün ona gedə bilməmişdir. Qərarı əldə etdikdən sonra Lerik rayon X9 Patrul Xidməti X1 TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyinə görə barəsində 80 manat miqdarında inzibati qaydada cərimə cəzası təyin edilmişdir. O həmin qərarla razı deyildir. Çünki o heç bir inzibati xətaya yol vermədiyi halda, inzibati məsuliyyətə cəlb edilmiş, yəni inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə iclasında X4 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Lerik rayon Polis Şöbəsi-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət edən şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Lerik rayon X9 Patrul Xidməti X1 xx.xx.2023-ci il tarixli TP ******* №-li qərarından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 09:40-da Mercedes Benz minik markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran-Lerik yolunun 53-cü km-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəsəksən manat məbləğində cərimə edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin tərkib elementlərindən obyektə aid olan inzibati xəta hadisəsinin mövcudluğu barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən mübahisələndirilmiş, həmin halın mövcudluğunun sübuta yetirilməsi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. xx.xx.2023-ci il tarixli TP ******* №-li qərarın qəbul edilməsinə əsas olmuş materialların (foto və videogörüntü materiallarının) təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli sorğu ilə Lerik rayon Polis Şöbəsinə müraciət edilmiş və həmin sorğu müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Lerik rayon Polis Şöbəsinə rəsmi qaydada təqdim edilmişdir. Lakin buna baxmayaraq qeyd olunan qərarın qəbul edilməsinə əsas olan sübutlar məhkəməyə təqdim edilməmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının tələbini rəhbər tutaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana qərarın qəbul edilməsinə əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olsunda da, həmin sübutlar məhkəməyə təqdim edilmədiyindən və həmin halın sübuta yetirilməsi (sübut etmə yükü) inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyəti orqanın üzərinə düşdüyündən X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 53.0 və 53.0.2-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Lerik rayon Polis Şöbəsinin xx.xx.2023-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X3 barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Lerik rayon Polis Şöbəsinin xx.xx.2023-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar