Məhkəmə qərarları › İş №3(049)-17/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-17/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-17/2024 10.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 noyabr 2023-cü il tarixdə saat 23:00 radələrində idarə etdiyi VAZ 2106 markalı ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Lənkəran rayonu Kərgəlan kəndindən Şağlaküçə kəndi istiqamətində hərəkətdə olan zaman ötmə əməliyyatını etməməli, yəni qarşıdan gələn və zərərəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə hərəkətini başa vurmasını gözləməli olduğu halda bunu etməmiş, ötmə hərəkətini davam etdirməklə baş vermiş tuqquşma nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyinə görə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 2023-cü il tarixdə noyabr ayının 12-də özünə qara rəngli Vaz 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışdır. Həmin avtobillə taksi fəaliyyəti ilə məşğul olub çörəkpulu qazanıb ailəni dolandırır. 26 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Lənkəran rayon Şağlaküçə kəndindən Darquba kəndinə müştəri aparmışdır. Qayıdan zaman Lənkəran rayon Kərgəlan kəndində saat 70-80 km sürətlə avtomobilini idarə etmişdir. Qarşıda Vaz 2107 markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkət edirmişdir. Həmin avtomobilin sürücüsü qarşıda gedən zaman yolu sola dünmüş və ötmə hərəkəti etmək istəyən zaman idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs avtomobilinə arxadan toqquşmuş və həmin avtomobil yolun solunda internet dirəyinə çırpılmış və həmin tərəfdə olan kanala düşüb dayanmışdır. Əməlindən səmimi peşimandır. O ötmə hərəkətini etməməli olduğunu halda etmə etmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də barəsində yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Lənkəran rayon Mərkəzi bazarda xırdavat alveri ilə məşğul olub ailəni dolandırır. Təxminən 3 aydır ki, özünə Vaz 2107 markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışdır. Həmin avtomobil ilə öz şəxsi işlərini görür. 26 noyabr 2023-cü il tarixdə saat 20 radələrində arvadını və azyaşlı oğlunu Lənkəran rayon Kərgəlan kəndində yaşayan qaynatası Fizulinin evinə saat 23-də qonaq aparmışdır. Özü isə evinə qayıtmışdır. Təxminən radələrində qaynatasının evinə idarə etdiyi avtomobil ilə gedib ailəni onlardan götürüb yaşadığı evinə qayıtmışdır. Kərgəlan kəndinin mərkəzi küçəsində öz yaşadığı kəndin ara küçəsinə dönən zaman arxadan Şəxs idarə etdiyi qara rəngli VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə ötmə əməliyyatını düzgün etməyib onun avtomobili vurmuşdur. Nəticədə avtomobili internet dirəyinə çırpılmış və yolun kənarındakı kanala düşüb dayanmışdır. Nəticədə arvadı Səbinə Əhmədova baş nahiyyəsindən xəsarət almış, az yaşlı övladı isə heç bir xəsarət almamışdır. Şəxs avtomobilində isə sərnişin olmamışdır. Həmin yolun sürət həddi saatda 60 km-dir. O dönən zaman sürəti saat 20 km olmuşdur. Şəxs isə avtomobilini hansı sürətlə idarə etməsi barədə heç bir söz deyə bilməmişdir. Hadisə ani olmuşdur. Hazırda Şəxslə barışmış, Mahura qarşı heç bir şikayət və tələbi yoxdur. HK-1-4345 №-li material üzrə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, o İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətdiyindən barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə yə görə- altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar