Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-17/2025 09.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Gərmətük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 272.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 23 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda, ona əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda, raportda və digər sənədlərdə qeyd edilmişdir ki, Lerik RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı X2 22 noyabr 2024-cü il tarixli raportunda həmin gün polis nəfəri, polis kiçik serjantı X6 ilə Lerik rayonunun Dizdipok kəndində xidmətdə olarkən barəsində inzibati xəta haqında icraat aparılan şəxs Şəxs 1 ədəd “Tula” markalı, 16 kalibrli, 3698 nömrəli, tək lülə ov silahı ilə 1 ədəd meşə cüllütünü ovlamasını aşkar etdiyini bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu, Gərmətük kəndində kənd sakini X7 qayınatası X3 məxsus 1 ədəd “Tula” markalı, 16 kalibrli, 3698 AA nömrəli, tək lülə ov silahı xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Dızdipok kəndində bir ədəd meşə cüllütünü ovlamış və nəticədə təbiətə 110 manat ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Lerik RPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbər verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. O, qeyd edilən inzibati xətanı törətməmişdir. Belə ki, o, daimi olaraq Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayır. 2024-cü ilin noyabr ayında Lənkəran rayonunda yaşayan qaynatası X5 ilə birlikdə onun Lerik rayonu, Dizdipok kəndində yaşayan qohumunun evinə qonaq getmişlər. Qonaq gedərkən qaynatası Şahin özünə məxsus olan ov silahını da özü ilə aparmışdır. Həmin silah Şahinə məxsusdur və silahın ona məxsus olması barədə sənəd mövcuddur. O, qaynatası ilə birlikdə həmin gün meşəyə getmişlər və meşədə olarkən Şahin özünə məxsus olan ov tüfəngi ilə atəş açaraq quşu vurmuşdur. Şahin həmin quşu torbaya qoymuşdur və onlar qonaq getdikləri evə qayıtmışlar. Evə çatmağa az qalmış Şahin ayaqyoluna getməli olduğunu bildirərək, saxlaması üçün içərisində quş olan torbanı və tüfəngi ona vermişdir və o, da evə doğru hərəkət etmişdir. Həyətə çatanda 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, özlərini Lerik rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək, qanunsuz ov etdiyini ona bildirmişlər. Bundan 3-4 dəqiqə sonra qaynatası Şahin həyətə girərək, məsələni öyrəndikdə silahın ona məxsus olduğunu, buna dair rəsmi sənədinin olduğunu, torbada olan quşu özü ovladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları isə qaynatasına bildirmişlər ki, o, şəhid valideyni olduğuna görə onun barəsində tədbir görə bilməzlər və onun (Zaminin) barəsində rəsmiləşdirmə aparmalıdırlar. Bundan sonra onu polis şöbəsinə apararaq barəsində sənədləşdirmə aparmışlar. Polis əməkdaşı tərəfindən onun əvəzinə izahat yazılmışdır və o, həmin izahatı oxumadan imzalamışdır. Onun bir qolu kəsilərək, mövcud deyildir və 2-ci qrup əlildir. O, nəinki silahdan atəş aça, əlində olan qüsur səbəbindən onun əlində saxlaya belə bilməz. Ümumiyyətlə heç vaxt silahdan atəş açmamışdır. Polis əməkdaşları heç bir sübut, dəlil olmadan onun guya qanunsuz ov etməsi barədə protocol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişlər. Onun əvəzinə həqiqəti əks etdirməyən izahat tərtib edərək, ona imzalatdırmışlar. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən X5 izahatında bildirdi ki, o, Lənkəran rayonunda yaşayır və Şəxs onun qızının həyat yoldaşıdır. 2024-cü ilin noyabr ayında o, kürəkəni Zaminlə birlikdə Lerik rayonu, Dizdipok kəndində yaşayan qohumunun evinə qonaq getmişlər. Qonaq gedərkən o, özünə məxsus olan ov silahını da özü ilə aparmışdır. Həmin silah onun özenə məxsusdur və silahın ona məxsus olması barədə sənəd mövcuddur. Onlar həmin gün meşəyə getmişlər və meşədə olarkən özünə məxsus olan ov tüfəngi ilə atəş açaraq quşu vurmuşdur, həmin quşu torbaya qoymuşdur və onlar qonaq getdikləri evə qayıtmışlar. Evə çatmağa az qalmış ayaqyoluna getməli olduğunu bildirərək, saxlaması üçün içərisində quş olan torbanı və tüfəngi Zaminə vermişdir və Zamin də evə doğru hərəkət etmişdir. O, özü 5 dəqiqə sonra həyətə çatanda mülki geyimdə 4 nəfər polis əməkdaşını həyətdə görmüşdür və onlara yaxınlaşaraq məsələni öyrəndikdə silahın ona məxsus olduğunu, buna dair rəsmi sənədinin olduğunu, torbada olan quşu özü ovladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları isə ona bildirmişlər ki, o, şəhid valideyni olduğuna görə barəsində tədbir görə bilməzlər və buna görə də Zaminin barəsində rəsmiləşdirmə aparmalıdırlar. Bundan sonra onlar Zamini polis şöbəsinə apararaq barəsində sənədləşdirmə aparmışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Həmin məcəllənin 272.3-cü maddəsinə əsasən, balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Protokolda və ona əlavə edilmiş sənədlərdə və şahid ifadələrində qeyd edilir ki, Şəxs qayınatası X3 məxsus 1 ədəd “Tula” markalı, 16 kalibrli, 3698 AA nömrəli, tək lülə ov silahı ilə xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Dızdipok kəndində bir ədəd meşə cüllütünü ovlamış və nəticədə təbiətə 110 manat ziyan vurmuşdur. Lakin məhkəmə iş üzrə sübutları araşdırdıqda inzibati xəta haqqında protokolda qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına meşə cüllütünün ov silahı ilə Şəxs tərəfindən ovlanması, yəni atəşin açılması, ov edilməsi məqsədilə qadağan edilmiş yerdə olması ilə əlaqadar sübutlar əldə edilməmişdir. İnzibati xəta haqqında icraat aparan orqan həmçinin təhqiqat araşdırması zamanı iş materiallarına əlavə edilmiş Şəxs izahatına əsaslanmışdır ki, Şəxs məhkəmə araşdırması zamanı izahatında bildirmişdir ki, həmin izahatı özü yazmamışdır və oxumadan imzalamışdır. Bununla da Şəxs təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə ki, inzibati xəta haqqında icraat aparan orqan tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsinin obyektiv cəhətdən tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-17/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-17/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver