Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1700/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, inzibati protokolu tərtib edən- Lənkəraqn ŞRPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Sərnəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala 23 noyabr 2023-cü il tarixdə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Lənkəran rayonu, Şürük kəndində valideynlərinə məxsus evin həyətində qardaşı arvadı Zərərçəkmiş şəxs qəsdən döydüyünə görə barəsində 22 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən Lənkəraqn ŞRPŞ-nin İTB-nin sahə rəisi X2 protokolda yazılanlara uyğun izahat vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib bildirmişdir ki, təhqiqatçı ona izahat vermək üçün onu polis şöbəsində dəvət etsə də, üzrlü səbəblərə görə ora gedə bilməmişdir. Əslində o, Fidanı döyməmiş, ona xəsarət yetirməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində o, valideynlərinin evində olmuş, gəlinləri Fidanla anası arasında mübahisə və həmin vaxt Fidanın qucağında körpə olmuş, xəsarətləri Fidan özüözünə yetirmişdir. Məhkəmədən barəsində olan inzibati xətaya dair işə xitam verilməsini xahiş etmişdir. İnzibati xəta nəticəsində Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, uşağı inqalasiya olunduğu üçün on gün idi ki, atasının evinə getmişdir. Sonradan atası onu gəlin köçdüyü evə gətirmiş və bu zaman orada qaynanası ilə baldızı Leyla olmuşdur. Onlar həyətə girmək istəyəndə Leyla qapıdan içəri girməyə imkan verməyib onu qapının arasında sıxmışdır. Bu zaman onun sol tərəfi zədələnmişdir. Qucağında uşaq olduğu üçün ona cavabını qaytara bilməmişdir. Həyətə daxil olduqdan sonra Leyla onu itələmiş və o, həyətdəki divanın üstünə yıxılmış, nəticədə qolu zədələnmişdir. Bundan sonra o, xəstəxanaya gedib ekspertizadan keçmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-3614 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Esmira Mehdiyeva barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 998 nömrəli, xx.xx.2023 cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Semur qızının bədəni üzərində- sol bazu, sol bud nahiyyələrində qançırlar, sol əlinin İV barmağı nahiyyəsində sıyrıq aşkar edilməklə, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 01 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmişxx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsindən heç bir növ sosial müavinət və pensiya almır. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun bu xətanı törətməsində təqsiri zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar - onun qadın olması, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsidir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(049)-1700/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1700/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver