Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1703/2023 20.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X18, şikayət vermiş şəxsin müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, protokol tərtib etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Qida X2 –X13 idxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi Nümayəndə iştirakı ilə, X9 Azərbaycan Respublikası Qida X2 –X13 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X15 Azərbaycan Respublikası Qida X2 –X13 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, X3 rayonu, Aşağı Nüvədi qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisidir. Sözügedən MMC xx.xx.2022-ci il tarixdə tərəfimdən təsis edilib. Lənkəran rayonu, Girdəni və Ürgə kəndi ərazisində 63ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cəmiyyətin mülkiyyətindədir. Həmin torpaq sahələrində sitrus bağlarının salınması nəzərəd tutulmuşdur. Qeyd olunan lahiyənin təşkili ilə əlaqədar olaraq Türkiyə Respublikasında fəaliyyət göstərən “SERAL 1 MEYVE SEBZE TARİM ÜRÜNLERİ GİDA NAKLİYAT İTHALAT TİCARET LİMİTED ŞİRKETİ” İLƏ xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır (gömrük qeydiyyat kodu:230901868, tarix: xx.xx.2023). xx.xx.2023-cü il tarixdə Fitosanitar Nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.12 və 14-cü maddələrinin tələblərinə əsasən X14 və Mühafizəsi Konvensiyasına uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış və təsdiq olunmuş bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd olan EC/TR A ******* saylı fitosanitar sertifikatı, malın məşəə ölkəsini təsdiq edən Z ******* saylı sertifikat, CMR və **********9138 saylı YGB_əsasında cəmiyyətə yeni müasir tipli intensiv sitrus meyvə bağının salınması ilə əlaqədar olaraq cəmiyyətə 3000 ədəd, dəyəri 6250 ABŞ dolları məbləğində (10625 manat) portağal tingləri (care care) idxal edilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-22-1/2-ə841-16-788/2023 saylı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin arayışından da görünür ki, sözügedən tinglərin idxal icazəsi məqsədəmüvafiq hesab edilmişdir və həmin arayış AQTA-ya təqdim edilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2023cü il tarixli, İD********** saylı AQTA tərəfindən idxal olunan əkin-səpin materiallarına və digər qruplara aid olan fitosanitar məhsullara verilən idxal karantin icazəsi və xx.xx.2023cü il tarixli **********9138 saylı gömrük bəyannaməsindən görünür ki, sortu-care-care, partiyanın miqdarı(netto) 20000 kq, partiyanın miqdarı (brutto) 21500kq, qablaşdırmanın növü-tüb, qablaşdırmanın sayı-3000 ədəd, istifadənin təyinatı-əkin-səpin, kodu ******* olan məhsul portağal tinginin idxalına həmin sənəddə göstərilən şərtlərə uyğun idxalına icazə verilmişdir. Sözügedən tinglərin rəsmiləşdirilməsi başa çatan kimi Lənkəran-X17 məlumat verilmiş və aidiyyatı qeydlər elektron bazada qeydə alınmışdır. Lənkəran- X13 əməkdaşı xx.xx.2023-cü il tarixdə tinglər boşaldılarkən tələb olunan sayda idxal olunan tingdən nümunə götürmüş (qərar olmalı, təqdim edilməli,) və tinglərin əkilməməsi barədə hər hansı yazılı və ya şifahi göstəriş verməmişdir. Şamxal adında əməkdaş ona bir neçə ağ kağıza imza etdirməklə çıxıb getmişdir. Kağızları imzalayan vaxt səbəbini soruşduqda o, bildirdi ki, burda şərait olmadığına görə imzaladıra və idarədə həmin sənədləri tamamlayıb labaratoriyaya təqdim edəcək. 14 gün keçəndən sonra (ekspertiza sabahısı olmalı idi) yəni xx.xx.2023-cü il tarixində regional bölməmin əməkdaşı onu idarəyə dəvət etmiş və o, idarəyə gedəndən sonra ona bildirmişdir ki, bəs laboratoriyanın cavabında müəyyən olunmuşdur ki, idxal olunan tinglərin tərkibində “citrus tristeza virusu”, tylenchorhync hus claytoni steiner (cırtdanboyluluq nematodu), xiphinema sp.cobb (nizəşəkilli nematod dişi fərd virusu aşkar edilib. Yəni dediyindən şifahi olaraq başa düşmüşdür ki, gələcəkdə bununla bağlı tədbir görüləcək və ağaclar məhv edilməli və ya geri qaytarılmalıdır. O, əməkdaşa laboratoriyanın cavabı gələnə kimi tingləri əkməməyi barədə göstəriş olunmadığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, artıq həmin tinglər əkilib, kifayət qədər xərc çəkmişdir. İdarədən çıxanda əməkdaşa demişdir ki, o, təzədən özəl ekspertiza vasitəsilə tinglərdən nümunə götüzdürüb müayinə keçirdər, əgər həqiqətən də dediyi virus aşkar olunsa onda sizin qərarınızı mütləq şəkildə icra edəcəkdir. Azərbaycan Respublikasının Qida X4 X21 ona xx.xx.2023-cü il tarixli məktubunu göndərərək qeyd etmişdir ki, X7 aparılmış virusoloji ekspertizalara dair xx.xx.2023-cü il tarixli AZ- 23060090/LAB-0323006-T-006 nömrəli sınaq protokoluna əsasən məhsulda karantin tətbiq edilən “citrus tristeza virusu”, tylenchorhync hus claytoni steiner (cırtdanboyluluq nematodu), xiphinema sp.cobb (nizəşəkilli nematod dişi fərd) aşkar edilmiş və həmin bitkilər təhlükəli mallar olduğundan gömrük ərazisinin hüdüdlarından kənara çıxarılmalı və məhv edilməlidir. Bununla bağlı İD **********-009 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərarını da icra edilməsi üçün məktuba qoşma olaraq göndərmişdir. Halbuki, şikayətə əlavə etdiyi GAZEL FİDANCİLİK şirkətinin satış üzrə məsul şəxsi GAZEL MİZRAKLİ tərəfindən verilmiş atestasyon virususu/GMO-dan azad (bitkinin virusdan azadolunmasını təsdiq edən sənəd) barədə sənəddən də görünür ki, bütün ağaclar virussuz və geni deyişdirilməmiş halda 2023-2024-cü il mövsümü üçün MRİYA MMC-yə çatdırılmışdır. Həmin qərarın nəticə hissəsi 4 bənddən ibarət olmaqla əlavə olaraq 2 qeyd hissəsindən ibarətdir. Həmin qərarın bəndlərinə qısaca olaraq nəzər saldıqda 1. Qərar qanuni qüvvəsini aldığı tarixdən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. 2.Qərarın 1-ci bəndi icra edilmədiyi təqdirdə məhsul 10 gün ərzində məhv edilməlidir. 3.qərar barədə idxalatçıya və gömrük orqanına məlumat verilir.4. Qərar tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən qüvvəyə minir. Qərarın 1-ci bəndinə münasibətdə bildirmək istəyir ki, qərar ona xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılıb və deməli qərar da xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Qərar qanuni qüvvəsini aldığı tarixdən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı idi, yəni xx.xx.2023:cü il tarixinə kimi. Həmin məhsullar da yuxarıda qeyd etdiyim kimi əkildiyindən qərarın 1-ci bəndinin icra edilməsi artıq mümükün olmamışdır. Qərarın 2-ci bəndinə münasibətdə bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixinə kimi 1-ci bəndin mənasına görə məhsul ölkə hüdudlarından kənara çıxarılmalı idi, kənara çıxarılmadığı üçün artıq qərarın 2-ci bəndi nəticə etibarilə işə düşür və 10 gün ərzində məhsullar məhv edilməlidir. Demək ki, xx.xx.2023-cü il tarixə kimi məhsulları məhv etməyə görə mənə vaxt verilməli idi. Lakin, nədənsə onun hüquqları kobud şəkildə pozulmaqla həmin müddətlərə riayət etmədən AQTA-nın Lənkəran -Astara RB-nin böyük məsləhətçisi Nümayəndə onun barəsində İD **********-009 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərarı icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edərək onun guya İXM-nin 544.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlmişdir. Bununla da qərarın 1 və 2-ci bəndlərində qərara alınan göstərişlərin icra olunması üçün nəzərədə tutulan müddətə riayət etməmişlər. Yəni, 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı (xx.xx.2023-cü il tarixə kimi icra olunma müddətim var idi lakin, sözügedən protokol xx.xx.2023-cü il tarixdə tərtib olunub.), məhsul kənara çıxarılmadıqda isə 10 gün ərzində məhv edilməli idi. xx.xx.2023-cü il tarixə kimi məhsul kənara çıxarılmayıb və bununla da xx.xx.2023- xx.xx.2023-cü il tarixlərində olan müddət aralığında məhsulun məhv edilmə müddətidir. Lakin, həm məhsulun ölkədən kənara çıxarılma müddəti, həm də məhsulun məhv olunma müddətinə riayət olunmadan (xx.xx.2023-cü ilə kimi ölkədən çıxarılma müddəti, xx.xx.2023-cü il tarixə kimi isə məhv olma müddəti) xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuş, hələ bu azmış kimi üstəlik həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* saylı qərar çıxarılmaqla İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat cərimə təyin edilmişdir. Sözügedən qərar qəbul ediləndə də (xx.xx.2023-cü il) xx.xx.2023-cü il tarixli qərarın 2-ci bəndində göstərilən 10 günlük müddətə riayət edilməmişdir. Bir sözlə, xx.xx.2023-cü ilə kimi ölkədən çıxarılma, xx.xx.2023-cü ilə kimi məhv etmə hüququm pozulmaqla həmin tarixlərdən də qabaq yəni, xx.xx.2023-cü il tarixdə artıq barəmdə qərar qəbul edilmişdir. İnzibati xəta olmaya-olmaya artıq protokol və qərar tərtib olunmuşdur. O, “təhlükəli malların (məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərar barədə şifahi olaraq məlumat aldıqdan sonra xx.xx.2023-cü il tarixdə X24 İnkişaf Mərkəzinə və Azərbaycan Meyvəçilik və çayçılıq elmi Tədqiqat İnstituna məktubla müraciət edərək idxal olunaraq əkilmiş tinglərdə hər hansı virusların olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsi və müvafiq rəyin təqdim edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə və Lənkəran X17 şikayət ərizəsi ilə müraciət edərək yuxarıda sadalanan halları qısaca olaraq həmin şikayətdə qeyd etmişdir. Əlavə olaraq laboratoriyanın verdiyi cavaba etirazını bildirərək nümunələrin təzədən akkreditasiyadan keçmiş laboratoriyalara göndərildiyini və cavablar bəlli olana kimi inzibati tənbehlərin dayandırılmasını xahiş etmişdir. Hətta sonda qeyd olaraq əgər həmin cavablarda virusun aşkar olacağaı təqdirdə bütün tinglərin çıxarılaraq məhv edəcəyimə zəmanət vermişdir. Çünki əmin idim ki, həmin tinglərdə heç bir virus yoxdur. AQTA-nın Lənkəran-X21 mənim barəmdə tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokola əsasən İXM-nin 544.2-ci maddəsinə görə inzibati xətaya baxılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 10:00-da iclas keçiriləcək və həmin iclasa gəlməyinin zəruriliyi bildirilir. Lakin, həmin bildiriş iclasın baş tutacağı tarixdən sonra gəlmişdir. Şikayətə əlavə etdiyi X27 MMC-nin 33 nömrəli, xx.xx.2023-cü il tarixli sınaq protokolu bir daha təsdiq edir ki, xx.xx.2023-cü il tarixdə laboratoriyaya təqdim edilmiş ting nümunələrinin sınağı xx.xx.2023-cü il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Sınağın nəticələrinə görə heç bir nümunədə cıtrus tristeza virusu və zərərli patogen aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə və Lənkəran X17 müraciət edərək X27 MMC-nin 33 nömrəli, xx.xx.2023-cü il tarixli sınaq protokolu ilə sınağın nəticələrinə görə heç bir nümunədə CİTRUS tristeza virusu və zərərli patogen aşkar edilmədiyini bildirərək təkrar nümunələr götürülməklə (bütün xərclərin cəmiyyət tərəfindən çəkiləcəyini də qeyd etmişik) ona köməklik göstərməklərini xahiş etmişdir. Lakin bu müraciətlərin heç biri cavablandırılmamış və və onlara münasibət bildirilməmişdir. Şikayətə əlavə etdiyim xx.xx.2023-cü il tarixli T.R. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatrı Nazirliyi, X8 X20 X22 X5 təhlil hesabatının diaqnozundan da görünür ki, təqdim olunan care-care sortu olan portağal tingində sitruz tristeza virusu və digər viruslar aşkar edilməyib. Məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir ki, AQTA-nın X1 sınaq protokoluna etiraz bildirsə də buna heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil Azərbaycan Respublikası Qida X2 –X13 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Qida X2 –X13 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirimədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Qida X2 –X13 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Qida X2 –X17 göndərilməlidir. Belə ki, iş materiallarında olan İD **********-009 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərarınndan görünür ki, Mirya MMC tərəfindən Türkiyə Respublikasından idxal olunmuş “gazel Mizrakl” şirkətinin istehsalı olan ümumi çəkisi 20000 kq (3000 ədəd) olan portağal tingi (care care sortu məhsulu partiyası) qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. 2.Qərarın 1-ci bəndi icra edilmədiyi təqdirdə məhsul 10 gün ərzində məhv edilməlidir. 3.qərar barədə idxalatçıya və gömrük orqanına məlumat verilir.
4. Qərar tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən qüvvəyə minir Məhkəmə, şikayəti sırf bu istiqamətdə tamamilə haqlı hesab edir ki, Azərbaycan Respublikası Qida X2 –X21 tərəfindən öz qəbul etdiyi və qaydalarını özü müəyyən etdiyi qərarın göstərişlərinin icra müddəti bitmədən şəxsi inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş poçt göndərişinə dair qəbzdən görünür ki, İD **********-009 nömrəli, xx.xx.2023-cü il tarixli qərar X12 xx.xx.2023-cü il tarixdə çatdırılmışdır və bununla da qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan qərarın mahiyyəti açıqlayan şərtlərinə görə qərar qüvvəyə mindiyi gündən 10 gün müddətdində həmin mallar ölkə hüdudlarından çıxarılmalı, bu olmadığı təqdirdə 10 gün ərzində məhv edilməlidir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında qərarın bu bəndləri ilə bağlı suala cavab olaraq bildirmişdir ki, malların öldən çıxarılaması və ya məhv edilməsi üçün ümumi müddət umumilikdə 10 gündür və prosedurlar ayrı olduğu üçün iki ayrı bənddə qeyd edilmişdir. Məhkəmə bununla bağlı bildirir ki, protokol tərtib etmiş orqanın nümayəndəsinin bu fikri qərarın özündə göstərilənlər zidiyyət təşkil edir. Qərarda “təqdirdə” ifadəsindən istifadə edilmişdir ki, bu ifadə də dilimizdə hər hansı şərti halın baş verməsi ilə bağlı istifadə olunan sözdür. Məhkəmə hesab edir ki, mübahisə olunan qərarda məhz “təqdirdə” sözünün işlədilməsi ilə qeyd olunan 10 gün müddət bir vahid müddəti deyil, iki ayrı 10 gün müddətini nəzərdə tutur. Yəni hazırkı mübahisə olunan qərara münasibətdə, 10 gün müddətdə mallar ölkədən çıxarılmaza, həmin müddətdən sonrakı əlavə 10 gün ərzində mallar məhv edilməli idi, yəni ümumilikdə iki ayrı prosedur üçün 20 gün müddət müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası Qida X2 –X21 həmin müddət başa çatmadan X16 barəsində məhz müddətdə, yəni 10 gün müddətində qərarı icra etmədiyi üçün 07 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edərək X10 İXM-nin 544.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlmişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* saylı qərar çıxarılmaqla İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat cərimə təyin edilmişdir. Şərh olunanlar baxımından məhkəmə hesab edir ki, şikayət bu hissədə əsaslıdır. Bundan başqa, şikayətin məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Qida X2 –X21 tərəfindən barəsində qərar qəbul edilmiş şəxsə öz sübutlarını təqdim etmək kimi imkanları yaradılmamış, onun tərəfindən təklif edilmiş sübutlar qəbul edilməmişdir. Belə ki, X16 tərəfindən Türkiyə Respublikasından idxal olunmuş məsulların tərkibinə dair əlavə və özəl ekspertiza rəyləri alınsa da, həmin rəylər Azərbaycan Respublikası Qida X2 –X21 tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə fitosanitar nəzarəti - bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsidir. Həmin Qanunun 1.0.1-1 -ci maddəsinə görə fitosanitar xidmətləri - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədilə fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətləri əsasında fitosanitar karantin baxışının və müayinəsinin aparılması, bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması və aqrokimyəvi xidmətlərin göstərilməsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə bitki karantini - bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejimdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Yuxarıda şərh olunanları, xüsusilə Azərbaycan Respublikası Qida X2 –X21 tərəfindən müddətlərlə bağlı tələblərin yerinə yetirilməməsi, eləcə də barəsində inzibati icraat aparılan şəxsin hüquqlarının tam təmin edilməsi, habelə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida X2 –X13 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Qida X2 –X17 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikası Qida X2 –X13 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Qida X2 –X17 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Murad Aslanov