Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1704/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2-ci qrup əlil olmaqla pensiyaçı, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-üi il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra etməkdən yayınır. Hazırda borclunun tələbkara 3317 manat borcu var və o borcu ödəməyə cəhd göstərmir. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Buna görə də qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, özünü təqsirli bilir, 63 yaşı var, əvvəllər bir neçə dəfə poçt vasitəsilə Rusiyaya aliment yollamışdır, lakin, sonradan poçt həmin alimenti qəbul etməyi dayandırmışdır. Məhkəmə tərəfindən görüləcək tədbirlə bağlı heç bir xahişi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs qazancının və (və ya) başqa gəlirlərinin ¼ % hissəsinin xx.xx.2016-cı ildən başlayaraq hər ay aliment kimi tutulub xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Rusiya Federasiyası, Vıksa şəhəri, M/R Yubijeynıy, ev 3, mənzil 89- da yaşayan xx.xx.1971-ci il təvəllüdlü X1 verilməsi barədə Rusiya Federasiyası Nijeqorod vilayətinin Vıksa məhkəmə rayonunun 3 saylı məhkəmə sahəsinin xx.xx.2016-cı il tarixli 2-141/2016 nömrəli qərarı Azərbaycan Respublikasında tanınaraq məcburi icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin ƏSMM-nin DSMF-nun Lənkəran şəhər şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli mətubundan görünür ki, onıardan xahiş olunur ki, Şəxs pensiyasından hər ay 70 % olmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutularaq X1 ödənilməlidir. Köçürmələr barəsində şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin X5 Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Şəxs X1 xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdfə müvafiq olaraq 400 və 300 manat olmaqla, cəmi 700 manat nağd pul köçürmüşdür. Elektron icra sistemindən çıxarışdan görünür ki, tələbin yönəldilməsi üçün Şəxs adına hər hansı əmlak aşkar edilməmiş və o, pensiyaçıdır. Materiala əlavə edilmiş 41125215 saylı xx.xx.2023-cü il tarixli mədail qəbzindən görünür ki, Şəxs tələbkar X3 adına 500 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, onun 63 yaşında olmaqla pensiyaçı olmasını nəzərə alaraq barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs 63 yaşında olmaqla pensiyaçı olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-1704/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1704/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver