Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-172/2025 11.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 və mübahisələndirilən inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxs Lənkəran Şəhər Rayon X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 iştirakı ilə Lənkəran Şəhər Rayon X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddələri ilə təqsirli bilinərək 150 (yüz əlli) manat cərimə edilmişdir. X5 xx.xx.2025-ci il tarixdə BMV markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törətdiyi və bu barədə İXP seriyalı, ******* nömrəli protokol tərtib edildiyi qeyd edilmişdir. X6 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə TP7034510 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 02 fevral 2025-ci il tarixdə nahar üçün Lənkəran şəhərinin ən çox insan və nəqliyyat vasitələri olan küçələrindən birində, yəni Lənkəran şəhəri H.Aslanov xiyabani 1 ünvanında yerləşən (məxlifikdən ötrü adını çəkmədiyi) restoranda yemək yemək üçün parkalanmaya qadağan olmayan, küçənin müvafiq hissəsində restoranla üzbəüz maşınını park etmiş və avtomobil tam sönülü, kilidli halda olub. Maşını orada, özü isə restorandaykən 15:35 radələrində bir Polis formalı şəxs ona yaxınlaşaraq onu çölə çağırmışdır. Polis formasında olan şəxsin onu restorandan çölə çağırması ilə fakt restorannın, onun yanında yerləşən bankın və digər obyektin kamera görüntülərinə düşmüşdür. Bundan sonra isə baş verənlərdən xəbərsiz halda məsələni aydınlaşdırmaq üçün restoranı tərk edib, restoranın üzbəüzündəki maşınının yanına yaxınlaşmışdır. Bu zaman polis əməkdaşları və onların **-YP-*** qeydiyyat nişanlı YPX-yə məxsus xidməti maşını orada imiş. Onu çölə çağıran polis əməkdaşı X4 ona yaxınlaşaraq bildirmişdir ki, “tapşırıq var, maşın içəri (Lənkəran ŞRPŞ-nin duracağına) getməlidir.” Bunun hansı hüquqi əsasla olduğunu soruşduqda ona bildirilmişdir ki, şöbədə başa salar və həmin vaxtı bu tapşırığı, onların rəisi Hüseynovun tapşırığı olduğunu ona bildirmişdir. Yenidən isararla bunun hansı hüquqi əsasla olduğunu soruşduqda o, bu dəfə də telefonunu götürüb, öz rəisi ilə danışmağa başlamışdır. 3-5 dəqiqə danışdıqdan sonra yenidən ona yaxınlaşıb demişdir ki, ban şüşələrinə plyonka çəkmişdir, buna görə də, maşın içəri (duracağa) getməlidir. O,polis əməkdaşına bunun plyonka yox, günəşdən qorumaq üçün yapışmayan, maşının heç bir hissəsinə bərkidilməyən, parça materiallı olmayan, xüsusi mexanizmlə açılıb-bağlanmayan olduğunu və plastik materialdan ibarət olduğunu bildirmişdir. Polis əməkdaşının yanında - onun qarşısında plastik materiallı günəş qoruyucunu çıxarıb bildirmişdir ki, “onun bəhanə gətirdiyi” dırnağ arası örtük yerində aradan qaldırılmışdır. Həmin polis öz rəisinə telefonla çəkdiyi yerində aradan qaldırılma ilə bağlı videogörüntünü göndərsə də, rəis qərəzli tapşırıqla polisə əmr etmişdir ki, onun qərəzli olaraq polisin əmrinə tabe olmamaqla inzibati xətanı törətməkdə günahlandıraraq döyülərək şöbəyə gətirilsin. Bundan sonra polis əməkdaşına 102-ə zəng edəcəyini bildirdikdən sonra X1, onların rəisi Hüseynovun təkidlə barəsində qanunsuz protokolun tərtib olunması ilə bağlı tapşırığına əsasən barəsində AR İXM-nin 342.2.4-cü maddəsi ilə İXP6868022 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib olunandan sonra o, protokolun və qərarın fiziki formasını tələb etsə də onlar bunu təmin etməmiş və hadisə yerindən uzaqlaşmışlar. Şikayətinə əlavə etdiyi DVD diskdə olan videogörüntiilərdən biri onun maşının arxasında yerləşən kameranın görüntüləridir və həmin kameranın görüntülərindən görünür ki, **-YP-*** qeydiyyat nişanlı YPX-yə məxsus xidməti maşın onun maşınının üzü əks istiqamətdə yolun qadağan olunmuş əks istiqamətinə - protiv daxil olaraq maşının istiqamətini döndərən zaman sayrışan işıqlarını yandıraraq maşınının yanına tam yaxınlaşmışdır. Belə olduğu halda sual yaranır ki, yol polisi onun dayanmış, sönülü, kilidli, içərisində heç kim olmayan maşını ilə bağlı inzibati xətanı törətməsi üçün digər yoldakı iştirakçıların - piyadaların, nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin həyatını təhlükəyə atır. Məhkəmə müvafiq qaydada rahatlıqla aydınlaşdıra bilər ki, həmin yol videoda göründüyü üzrə maşınının qabağının əks tərəfi üzrə polisin gəldiyi yol yolun qadağan olunmuş əks istiqamətidir, yəni protivdir. Videoda da görünür ki, polis əməkdaşı yolun qadağan olunmuş əks istiqamətinə daxil olub maşının yanına yaxınlaşanadək xarici sayrışan işıqlarını yandırmamış, digər şəxsləri də təhlükəyə atmışdır. Həmçinin yolun qadağan olunmuş əks istiqamətilə daxil olan polis maşını həmin küçə üzrə o istiqamətə görə bir xeyli - ortalama 50 metr uzaqlıqdan daxil olmuşdur. Bu da YPX-nin özbaşınalığının və qərəzliliyinin sübutlarından biridir. Əgər İXM-nin 342.2.4-cü maddəsini pozmuşdursa və yerində aradan qaldırmaq mümkün deyildirsə, polis əməkdaşı nə üçün onun maşınını duracağa aparmamışdır? Park vəziyyətində, sönülü, kilidli olan maşınının onların fərz etdiyi ban örtüyünü aradan qaldırırmışdırsa, necə inzibati məsuliyyətə cəlb olunur ? Nəqliyyatda hərəkətdə olmayan, tam sönülü halda olan və qanunamiivafiq yerdə parkalanan avtomobil inzibati xətaya cəlb oluna bilməz. Örnək verə bilər ki, həmin vaxtı maşınımın təkəri yararsız olduğundan orada onu çıxarsaydı, bu o deməkdir ki, inzibati xətayla bağlı məsuliyyətə cəlb olunmalıdır ? Bu əsassızdır, çünki ora onun evinin qarşısı ola bilər və o, uzun müddət maşını orada parklanma vəziyyətində saxlaya bilər. Videogöriintülərdən də göründüyü üzrə həmin gün hava günəşlidir və o, maşınını günəşdən qorumaq üçün qanunla qadağan olunmayan plastik materialı ön şüşəyə yerləşdirilmişdir. Həmin plastik material heç bir halda örtük deyil, çünki “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına əsasən, onun plastik taxdığı material nə lövhələrdən ibarət və ya xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuardır, nə plastik və ya metal elementə bərkidilmiş parça materialı və ya yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıbbağlanandır, nə də bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. Polis əməkdaşı mənim 102-ə məlumat verəcəyimi və halımın pisləşdiyin görüş mənə AR İXM 342.2.4-cü maddəsi ilə baş şüşəsinə qadağan olmuş örtüyü çəkməni bəhanə gətirib protokol tərtib etmişdir. Polis əməkdaşı onu hardan tanıyırdı və ən əsası hardan bilirdi ki, o, həmin restorandadır, gəlib ona yaxınlaşıb onu çağırmışdır. Bu fakt qərəzliliyin olmasını sübut edir. Hüquqlarının müdafiəsi ilə və ona qarşı olunmuş zorakı qanunsuzlaqlarla bağlı Azərbaycan Respublikasının Baş prokroruna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanına da müraciət etmişdir. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən mübahisələndirilən inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxs Lənkəran Şəhər Rayon X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 şikayəti qəbul etməyərək, izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri ərazisində xidmətdə olarkən küçələrdən birində BMV markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq şüşələrinə örtük çəkərək, idarə edildiyini müşahidə etmişdir. Sonradan patrul avtomobili ilə Lənkəran şəhərində hərəkətdə olarkə “Darçın” restoranının qarşısında həmin avtomobilin park olunmuş vəziyyətdə olduğunu və içərisində heç kimin olmadığını müşahidə etmişdir. Avtomaşına yaxınlaşaraq görmüşdür ki, onun qabaq yan şüşələrinə örtük çəkilib və onun sürücüsünü axtarmağa başlamışdır. Bundan sonra restorandan həmin avtomaşının sürücüsü çağırmışdır və Ramin Ravvaq ona yaxınlaşaraq bildirmişdir ki, avtomaşının sahibi odur. Ramin Ravvaq avtomaşının qabaq yan şüşələrinə quraşdırılmış plastik lövhələri çıxararaq ona bildirmişdir ki, onları günəşdən qorunmaq üçün ora yerləşdirmişdir və onlar sökülə biləndir. Həmin əşyaların avtomaşına quraşdrılmış qadağan olunmuş örtük olduğuna əsaslanaraq X3 barəsində inzibati xəta haqında protokol tərtib etmişdir və onun İXM-nin 342.2.4-cü maddəsi ilə 150 manat cərimə etmişdir. Odur ki, şikayətlə əlaqədar qərar qəbul edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 tərəfindən məhkəməyə təqdim edilən foto və video çəkilişlərə məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edilmişdir ki, BMV markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşın park edilmiş vəziyyətdə yolun kənarında “Darçın” adlanan obyektin qarşısında dayanmışdır. Həmin vaxt YPX-nin xidməti patrul avtomaşını hərəkətdə olaraq yolun hərəkət istiqamətində geriyə dönərək, həmin avtomaşına yaxınlaşır. BMV markalı, **-RR- *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq yan üşələrinə quraşdırılmış əşya avtomaşının şüşəsi açılaraq oradan çıxarılır. Müəyyən edilir ki, həmin əşya nazik, rahat əyilə bilən qara rəngli plastikə oxşar materialdandır və avtomaşının şüşəsi açılan zaman o rahat şəkildə oradan çıxır. Həmin əşyalar şüşəyə yapışqanla yapışdırılmamışdır və hər hansı digər vasitə ilə bərkidilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxsi dinləyib, şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran Şəhər Rayon X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinin dispozisivasında qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Həmin hal nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması kimi qiymətləndirilir. Məhkəmə şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, İXM-nin qeyd edilən maddəsinin mahiyyətindən görünür ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına dair inzibati xəta haqqında məsuliyyətə cəlb edilməsi üçün nəqliyyat vasitələrinin məhz idarə edilmədə olması tələb edilmir. Belə ki, məhkəmə belə hesab edir ki, nəqliyyat vasitəi idarə edilmədiyi, park edildiyi vəziyyətdə olsa da həmin nəqliyyat vasitəsinin sürücüsünün 342.2.4-cü maddəsinin dispozisivasında qeyd edilmiş inzibati məsuliyyətə cəlb edilməsini istisna etmir. Məhkəmə şikayətin nəqliyyat vasitəsinin ban şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtüyün çəkilib-çəkilməməsi hissəsində dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın: 2.1.2 - ci maddəsinə əsasən : örtük - jalüz, pərdə və ya plyonkadır; 2.1.3 - cü maddəsinə əsasən: jalüz - öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuardır; 2.1.4 - cü maddəsinə əsasən: pərdə - perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər; 2.1.5- ci maddəsinə əsasən plyonka - işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə YPX əməkdaşı tərəfindən BMV markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşında aşkar edilmiş, həmin avtomaşının qabaq yan şüşələrinə quraşdırılmış əşya “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nda “örtük” anlayışı verilmiş və sadalanan predmetlərdən heç birinin xüsusiyyətlərinə uyğun gəlmir. Belə ki, həmin əşya nə lövhələrdən ibarət və ya xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuardır, nə plastik və ya metal elementə bərkidilmiş parça materiallı və ya yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb- bağlanandır, nə də iç tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X3 əməlində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Lənkəran Şəhər Rayon X8 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-172/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-172/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver