Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1725/2023 01.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş və Lənkəran şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli, MN 1858425, MN ******* və MN ******* saylı protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Girdəni kənd sakini X1 işə düzəltmək adı ilə aldadaraq 205 manat, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, V.Həsənov küçəsi ev 3Ada yaşayan sakini Zərərçəkmiş şəxs3 işə düzəltmək adı ilə aldadaraq 360 manat və xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadaraq 255 manatı ələ keçirməklə dələduzluq etdiyinə görə Şəxs barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Toğrul Əzizli tərəfindən İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli, MN 1858425, MN ******* və MN ******* saylı protokollar tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göstərilmişdir. İşlərin baxılması Lənkəran Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə aiddir, işlərin baxılmasını istisna edən hallar yoxdur, protokollar və işin digər materialları qanunun tələblərinə uyğun tərtib edilmişdir, icraatı rədd edən hallar yoxdur, işlərə mahiyyəti üzrə baxılmasının başlanması üçün kifayət qədər sübutlar toplanmışdır, işlər üzrə vəsatətlər və etirazlar yoxdur. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, işlərin baxılması Lənkəran Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə aiddir, işlərin baxılmasını istisna edən hallar yoxdur, protokol və işin digər materialları qanunun tələblərinə uyğun tərtib edilmişdir, icraatı rədd edən hallar yoxdur, işlərə mahiyyəti üzrə baxılmasının başlanması üçün sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etirazlar yoxdur. Həmçinin hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli, MN 1858425, MN ******* və MN ******* saylı protokollara eyni vaxtda baxılmalı və daxil olmuş 3(049)-1725/2023, 3(049)-1726/2023 və 3(049)-1727/2023 №-li inzibati xəta haqqında işlər 3(049)-1727/2023 daxil olma nömrəsi altına bir icraatda birləşdirilərək baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsaəsn şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə tərtib edilmiş və Lənkəran şəhər-rayon Polis Şöbəsindən daxil olmuş 3(049)-1725/2023, 3(049)-1726/2023 və 3(049)-1727/2023 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilsin və həmin işə 3(049)-1727/2023 saylı nömrə ilə baxılsın. Qərardaddan şikayət verilmir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1725/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1725/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver