Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1728/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, X2 Lənkəran Şəhər Rayon X6 X7 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli EQ seriyalı 14188685 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli EQ seriyalı 14188685 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsinin məzmunundan görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli EQ seriyalı 14188685 nömrəli inzibati xəta haqqında qərar X1 barəsində tərtib edilmiş və hazırki şikayət ərizəsi X5 tərəfindən imzalanmışdır. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin məcəllənin 65.1-1 maddəsinə əsasən, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin məcəllənin 65.2 maddəsinə əsasən, bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin məcəllənin 65.6 maddəsinə səasən, nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Hazırki şikayət ərizəsinə əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəsisəsinin rəisi tərəfindən təsdiqlənmiş etbiranamədə X4 tərəfindən barəsində olan inzibati xəta haqqında icraatda nümayəndə qismində onu təmsil etmək üçün səlahiyyətlərin hazırki iş üzrə şikayət ərizəsini imzalayan X3 verildiyi qeyd edilməmişdir. Bu səbəbdən hazırki iş üzrə inzibati xəta haqqında qərardan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, şikayət ərizəsi qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materiallarından göründüyü kimi X1 barəsində EQ seriyalı 14188685 saylı inzibati xəta haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Şikayət ərizəsində ərizəçi həmin qərarın surətinin ona xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Lakin o, həmin qərarın ona hansı tarixdə təqdim edilməsi ilə əlaqadar sübutu məhkəməyə təqdim etməmiş və həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verməyərək həmin müddəti ötürmüşdür. Qərardan şikayət vermək üçün müəyyən edilmiş buraxılmış müddətin bərpası ilə əlaqadar məhkəməyə vəsatət təqdim edilməmişdir. Hazırki şikayət poçt orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilərək, məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Eyni zamanda şikayət ərizəsində əlavə edilmiş sənədlər siyahısında qeyd edildiyinə baxmayaraq mübahisələndirilən xx.xx.2023-cü il tarixli EQ seriyalı 14188685 nömrəli inzibati xəta haqqında qərarın surəti ərizəyə əlavə edilməmişdir (bu barədə məhkəmənin dəftərxanasının əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir). Bu səbəblərdən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş Lənkəran Şəhər Rayon X6 X7 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı 14188685 nömrəli inzibati xəta haqqında qərarından şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Lənkəran Şəhər Rayon X6 X7 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 14188685 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1728/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1728/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver