Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-173/2025 07.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Barəsində inzibati xəta haqqında icraatı aparılan şəxsin nümayəndəsi: X1 iştirakı ilə, ünvan 1 ünvanı olan (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında 06 fevral 2025-ci il tarixli, 00100-00304/25 nömrəli inibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat Lənkəran şəhəri, Qala Xiyabanı, ev 13, m 29 ünvanda qeydiyyat olan "xxxx" MMC-nin (VÖEN**********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə (**********2404 saylı xx.xx.2024-cü il tarixli) ümumilikdə 250 ABŞ dollar məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata küçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda 250 ABŞ dollar məbləğində xarici valyutada pul vəsaiti vaxtında qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, təmsil etdiyi MMC tərəfindən 2024-cü ilin yanvar ayında qurumun Gürcüstan nümayədəliyinə 250 ABŞ dolları dəyərində mal satmışdır. Bundan sonra alıcı tərəfə ödəniş barədə dəfələrlə müraciət edilsə də, ödəniş baş tutmamışdır. Ödənişin baş tutmamasının səbəbi Gürcüstan Respublikasında baş vermiş hadisələr olmuş, həmin hadisələr zamanı Gürcüstandan xaricə ödəniş edilməsi mümkün olmamışdır. Yalnız xx.xx.2024-cü il tarixdə ödəniş edilməsi mümkün olmuşdur. Alıcı tərəfla aralarında olan yazışmaları məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsi xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 06 fevral 2025-ci il tarixli, 00100-00304/25 nömrəli protokoldan görünür ki, ünvan 1 olan "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə (**********2404 saylı xx.xx.2024-cü il tarixli) ümumilikdə 250 ABŞ dollar məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir.Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata küçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda,250 ABŞ dollar məbləğində xarici valyutada pul vəsaiti vaxtında qaytarılmışdır. Araşdırma zamanı qeyd edilən vəsaitin xx.xx.2024-cü il tarixdən köçürüldyü müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-nin 15 mart 2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin şirkətə dəyəri 250 USD olan 5 ədə 50 L qaz silindirinin satışı həyata keçirmişlər həmin ödənişin vaxtından müəyyən müddət keşməsinə baxmayaraq hesaba ödəniş edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “RealGaz Georgia” LTD-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gürcüstanda qeyri-sabit vəziyyətlə əlaqədar olaraq, bir müddət xarici ödənişlərin həyata keçirilməsində çətinliklər yaranmışdır. xx.xx.2024-cü il tarixdə ödənişi həyata keçirmişlər, lakin ödəniş Real-Qaz” MMC-nin köçürülməmişdir. Problemlərin qısa müddət ərzində aradan qaldıracaqlarını bildirmişlər. İXM-nin 483-cü maddəsinə əsasən, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1 və 12.2-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə, iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə “RealGaz Georgia” LTD-yə 250 ABŞ dolları məbləğində mal satılmışdır. Satıcı tərəfindən alıcıya ödəniş barədə məktub göndərilmiş, alıcı isə ödənişi xx.xx.2024-cü il tarixdə həyata keçirdiyini bildirmiş, lakin forsmajor hala görə ödəniş yalnızz xx.xx.2024-cü il tarixdə müvfaiq bank hesabına köçürülmüşdür. Qeyd edilən hallar iş materialına əlavə edilmiş müvafiq məktublar, bank sənədləri və hesabdan çıxarışlarla tam təsdiq edilir. Göründüyü kimi, ödənişin həyata keçməməsində barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin hər hansı təqsiri olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Hazırkı iş üzrə isə barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin təqsiri sübuta yetirilməmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-173/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-173/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver