Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1739/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X9, protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X8, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X2 28 oktyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X8 tərəfindən MN ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Kərgəlan kənd ərazisində Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. Nəticədə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X10 bildirdi ki, Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək Kərgəlan kənd sakini Şəxs ona müxtəlif xəsarətlər yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X1 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs qaynı və Əbilağa isə baldızının əridir. Uzun müddətdir ki, Seyranla münasibətləri yaxşı deyildir. Belə ki, onların evinin qarşısında üzun müddət bundan əvvəl qaynatası tərəfindən tikilən tövləni götürmüş, ondan qabaq başqa bir tövlə tikib orada qoyun saxlamış, üfunət iyi onun evinə girmişdir. Bununla bağlı məhkəməyə müraciət etmiş və hələlik iş dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə onlar Ekologiya şöbəsinə Seyranın tövləsindən gələn üfunət iyinə görə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə evdə olan zaman Seyran və Əbilağanın Ekologiya şöbəsinin əməkdaşları ilə baxış keçirmək üçün evin qabağına gəldiklərini görüb zəng edib bu barədə əri Səxavətə dediyindən bu səbəbdən o həmin yerə gəlmişdir. Evə gələndən sonra əri Səxavət Əbilağanı görüb Ekologiya şöbəsinin rəisinə onun burda nə etdiyini, kimin onu gətirdiyini soruşduqda o Əbilağanın vəkil olduğunu,icra hakimiyyətinə gedib işin düzgün aparılmaması barədə şikayət etdiyini,ona görə baxış keçirməyə gəldiklərini demişdir. Əri də Əbilağaya həyətdən çıxıb getməyini tələb etdikdə o çıxmayacağını deməklə onların üstünə gəlmiş,Seyran da onun və əri Səxavətin üstünə hücum çəkmiş,onları vurmağa başlamış, onlar əlbəyaxa olmuşlar. Əbilağa da aranı qarışdırıb onun başından yumruqla vurmuşdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, heyvandarlıqla məşğul olur.O ndan şikayət etmiş Siyavuş və Səxavət onun qayınları, Xatirə isə qardaşı arvadıdır.Aralarında torpaq sahəsinə görə münaqişə olduğundan onlar onu məhkəməyə vermiş və məhkəmə də onun xeyrinə qərar çıxarmışdır. Lakin onlar məhkəmənin qərarına əməl etməmişlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o Əbilağa və Ekologiya idarəsinin əməkdaşları ilə birlikdə Səxavətin şikayəti ilə bağlı mübahisəli yerə baxış keçirmək üçün ora getmişlər. Səxavət tövlənin üfunət iyinin onun evinə girdiyini bildirsə də, ekologiya əməkdaşları baxış keçirəndən sonra heç bir qoxunun olmadığını demişlər.Bu zaman Səxavət və arvadı Xatirə ona hücum etmiş,onu vurmağa başlamış,onlar əlbəyaxa olmuş və o da onları vurmuşdur. Münaqişəni qızışdıran qardaşı Siyavuş da video çəkiliş aparmışdır.Həmin vaxt Əbilağa Xatirəni vurmamış,onun barəsində qərəzli şikayət etmişlər. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o qardaşı Səxavət və arvadı Xatirə ilə digər qardaşı Seyran arasında mübahisə olmuş, onlar əlbəyaxa olmuşlar. Münaqişəni o, videoya çəkmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X11 barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsin vurulması sübuta yeritilmir, zərərçəkmiş şəxsdə xəsarət yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Adi qızının Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsinin 19 oktyabr 2023-cü il tarixli, 1063 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış videodiskdə olan görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs Kərəmov Səxavət və Şəxs vurur, qarşılığında isə Şəxs da Zərərçəkmiş şəxs itələyərək vurmuşdur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin dispozisyası fiziki ağrını da əhatə edir ki, hazırkı iş materiallarına əlavə edilmiş videodiskdən və zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, Şəxs qəsdən Zərərçəkmiş şəxs vurmaqla sonuncuya fiziki ağrı yetirmişdir. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qızının məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 şəxsiyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, X12 İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X6 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1739/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1739/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver