Məhkəmə qərarları › İş №3(049)-174/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-174/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-174/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ASC-nin nümayəndəsi X1 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1882/2019 saylı, e-2(049)-1610/2023 saylı və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(021)-1726/24 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1882/2019 saylı, e-2(049)-1610/2023 saylı və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(021)-1726/24 saylı saylı icra sənədlərinə əsasən, ümumilikdə 6384.75 manat pul Şəxs tərəfindən tutularaq tələbkarlara verilməlidir. Müvafiq icra sənədləri üzrə icra qurumunda icraata başlanılmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün məhkəmə qərarına əsasən onun məcburi gətirilməsi qərara alınmış, həmçinin onun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2024-cü il tarixdə borclunun barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Borclu icra sənədinin icrasından yayınır, hazırda tələb üzrə borclu Şəxs 6384.75 manat məbləğində tələbkarlara borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, borcu ödəməkdən imtina etmir. Dülgərliklə məşğul olmaqla, ailəsini dolandırır. Əvvələr aylıq qazancı 1500 və ya 2000 manat civarında olmuş, indi maddi imkanı zəif olduğundan yığılmış borcunu ödəməyə imkan verməmişdir. İcra icra sənədləri üzrə 6384.75 manat məbləğində borcu vardır. Əməlindən səmimi peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 QSC-nin nümayəndəsi X1 bildirdi ki, hazırki vaxtadək tələb üzrə borclu heç bir ödəniş etməmişdir. Tələbkar tərəf olaraq borcun ödənilməsini tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1882/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 620 manat əsas və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 MMC-yə verilməlidir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1610/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs əsas kredit borc üzrə 533.10 manat, faiz borcu üzrə 32 manat faiz borcu, 75.4 manat cərimə, cəmi 640.5 manat və dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1726 /2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs əsas kredit borc üzrə 4535.92 manat, faiz borcu üzrə 700.59 manat, 16 manat cərimə və 71.74 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5324.25 manat kredit borcu tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 QSC-nin xeyrinə verilməlidir. İcraata başlamaq haqqında 19 avqust 2019-cu il tarixli qərardan görünür ki, 2(049)- 1882/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, e-2(049)- 1610/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, e-2- 2(121)-1726/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1882/2019 saylı, 07 iyun 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1610/2023 saylı xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surəti borcluya göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1726/2024 saylı xx.xx.2024-ci il tarixli icraata başlamaq qərarın surəti borcluya göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. 30 oktyabr 2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, zərər çəkmiş şəxsin izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «13» fevral 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar