Məhkəmə qərarları › İş №3(049)-1741/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1741/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1741/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1961-cü il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib olunmuş 06 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Kərgəlan kəndində şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yeirməklə inzibati xəta törətmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi, hadisəni özündə əks etdirən videogörüntü və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Seyranla aralarında uzun müddətdir ki, mübahisələri vardır Belə ki, Seyran onun evinin qarşısında uzun müddət bundan əvvəl atası tərəfindən tikilən tövləni götürüb, ondan qabaq başqa bir tövlə tikib orada qoyun saxlayır, üfunət iyi onun evinə girir. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı ona zəng edib ki, Seyran və Əbilağa ekologiya şöbəsinin əməkdaşları ilə evin qabağına gəliblər. Bu səbəbdən də o, həmin yerə gəlmişdir. Həmin vaxtda o, Seyran və Əblağadan həyətindən çıxmağı tələb edb və onların aralarında mübahisə düşüb. Hadisə vaxtı o, Seyranı vurmamışdır və yalnız Seyranın hücumlarından özünü qorumağa çalışmışdır. Əksinə Seyran onu və həyat yoldaşı Xatirəni döymüşdür. Heç bir günahı yoxdur. Odur ki, protokola xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Kərgəlan kəndində yaşayır və heyvandarlıq fəaliyyəti ilə məşğul olur. Səxavət onun qardaşıdır. Xatirə isə qardaşının arvadıdır. Aralarında torpağa görə mübahisə vardır. Onlar buna görə məni məhkəməyə veriblər və məhkəmə onun xeyrinə qərar qabul etmişdir. Lakin onlar məhkəmənin qərarına da əməl etmirlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, qohumu Əbilağa və ekologiya şöbəsinin əməkdaşları Səxavətin etdiyi şikayətinə əsasən həmin həyətə getmişlər. Bu zaman Səxavət və arvadı Xatirə ona hücum edərək onu vurmağa başlamışlar. Onlar əlbəyaxa olmuşlar və onlar onu vurmuşlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Seyran onun qaynıdır. Seyranla aralarında uzun müddətdir ki, mübahisələri vardır. xx.xx.2023-cü il tarixdə o, evdə olanda görmüşdür ki, Seyran və Əbilağa ekalogiya şöbəsinin əməkdaşları ilə evinin qabağına gəliblər. O, həyətə düşmüş Əbilağanın ora gəlməyinə görə həyəcanlandığını bildirmişdir. Həmçinin bildirmişdir ki, burda münaqişə düşəcək. Bu səbəbdən ərinə zəng etmişdir. Əri Şəxs həyətə gəldikdən sonra Seyran və Əblağa ilə aralarında mübahisə düşmüşdür. Əblağa və Seyran onu və həyat yoldaşı Səxavəti döymüşlər. Onlar isə özlərini müdafiə etmişlər. Səxavət Seyranı vurmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Seyran və Səxavət onun qardaşıdır. Seyranla aralarında uzun müddətdir ki, münasibətlər yaxşı deyil. Belə ki, Seyran tək onunla deyil digər ailə üzüvləri ilə də münaqişəlidir. Seyran Səxavətin evinin qarşısında uzun müddət bundan əvvəl atası tərəfindən tikilən tövləni götürüb, ondan qabaq başqa bir tövlə tikib orada qoyun saxlayır. xx.xx.2023-cü il tarixdə o, həyətdə olan zaman Seyran və Əbilağa ekalogiya şöbəsinin əməkdaşları ilə evin qabağına gəliblər baxış keçirtməyə. Bu zaman Səxavət Əbilağaya dedi ki, sən çıx bu həyətdən o, isə dedi ki, çıxmıram və Səxavətin üstünə gəldi Seyran da Səxavət və Xatirəyə hücum etdi onlar bir birini vurmağa başladılar, əlbəyaxa oldular. Səxavət də özünü və arvadını müdafıə etməyə başladı. O, münaqişənin bir hissəni telefonla videoya çəkmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, onun Seyran, Səxavət və Xatirə ilə heç bir münaqişəsi olmayıb. Lakin sonradan Səxavətlə onun arasında münaqişə olub. Həmçinin Səxavət onu döydüyünə görə onu məhkəməyə vermişdir və məhkəmə onu cərimə etmişdir. Belə ki, Səxavətlə Seyran arasında ata həyətində gediş-gəliş yoluna görə mübahisə var və Seynanın xeyrinə məkəmə qərarı da var. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, Seyran və ekologiya şöbəsinin əməkdaşları Səxavətin etdiyi şikayətinə əsasən həmin mübahisəli yerə getmişlər. Həmin vaxt Səxavət və arvadı Xatirə Seyrana hücum etmişlərlər onu vurmağa başlamışlar, onlar əlbəyaxa oldular o, da Seyranı kənara çəkmiş, ayırmışdır. Həmin vaxt Xatirə onun üstünə hücum etmişdir. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, 19 oktyabr 2023-cü il tarixli 1063 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində hər-hansı bi xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı,polis mayoru X3 tərəfindən qəbul edilmiş 28 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində yaşayan X4 DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Səxavətin döyülməsi barədə məlumat vermişdir. 18 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində yaşayan Şəxs ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında qardaşı Zərərçəkmiş şəxs münaqişə yaratmaqla onu döymüşdür. Xahiş etmişdir ki, o cinayət məsuliyyətinə cəlb edilsin. Məhkəmə baxışında baxış keçirilməklə tədqiq edilən iş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, həmin videogörüntüdə Şəxs ilə Zərərçəkmiş şəxs ilə həyətyanı torpaq sahəsində mübahisə etdikləri, əlbəyaxa dava etdikləri, Şəxs yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə zərbələr vurduğu, Şəxs əli ilə Seyran Krəmovun boynunu sıxdığı əks olunur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 3(049)-1134/2021 saylı xx.xx.2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə” qərarından görünür ki, həmin qərar ilə Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə tqsirli bilinərək 300 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, videogörüntülər, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar