Məhkəmə qərarları › İş №3(049)-1742/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1742/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1742/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən 06 dekabr 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Lənkəran Rayon Məhkəməsinin 3(049)- 371/2022 saylı, 26 aprel 2022-ci il tarixli icra sənədində əsasən borclu Şəxs İXM-nin 272.1-ci maddəsinə əsasən 700 manat cərimə edilmişdir. Bu tələbini icra etməkdən boyun qaçırır və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-371/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərarı ilə İXM-nin 272.1-ci maddəsinə əsasən 700 manat pulu dövlət büdcəsinə ödəniməlidir. İcra sənədləri üzrə icraata xx.xx.2023-cü il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş və eyn zamanda xəbərdarlıq göndərilmişdir göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıbalınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda faktiki olaraq işləmir. Borclu pul tələbini icra etməkdən boyun qaçırır və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclunun ümumi borcu 700 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-371/2022 saylı, 26 aprel 2022-ci il tarixli icra sənədini icra etmədiyi üçün borclu barəsində xx.xx.2023-cü il tarixli qərarı ilə borculun axtarılması ilə bağlı qərar qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə borclu Sadıxov X5 Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-371/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərarı ilə İXM-nin 272.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. İmkanı olmadığı üçün həmin pulu ödəməmişdir. İcra məmuru tərəfindən ona zəng edilmiş, həmin vaxt o, Bakı şəhərində olduğundan o, icra şöbəsinə gəlməmişdir. Onun mobil telefonuna və adına olan lakin arvadının işlətdiyi mobil nömrəyə icra şöbəsindən sms bildiriş gəlmişdir. O, həm maddi imkansızlıq, həm də səhlənkarlıq ucbatından icra şöbəsinə gəlməmiş və cəriməni ödəməmişdir. Hazırda da cəriməni ödəməyə heç bir maddi imkanı yoxdur, ona görə də barəsində təyin edilmiş cərimə cəzasının ictimai işlər cəzası ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində tərkib olmadığını, maddi vəziyyətinə görə borcunu ödəmək imkanı olmadığını, buna görə qərəz müəyyən edilmədiyini, bu səbəbdən də icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXMnin 529.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 3(049)-371/2022 saylı, 26 aprel 2022-ci il tarixli icra sənədində əsasən borclu Şəxs İXM-nin 272.1-ci maddəsinə əsasən 700 manat cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-371/2022 saylı, 26 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədinin tələbinə əsasə icararta başlanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 08 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, tələbinin könüllü icrası barədə borclu Şəxs məlumat verilmiş və həmin məlumat sonuncu tərəfindən imza edilməklə götürülmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs axtarılması barədə qərar qəbul olunmuş və icra edilməsi üçün Lənkəran Şəhər – Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Şəxs barəsində olan icra sənədi barədə məlumatlı olmuş, maddi imkanı olmadığına görə borcunu indiyədək ödəməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış SMS bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə borcluya məxsus olan mobil nömrələrə məcburi gətirilmə barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Elektron icra sistemindən çıxarışdan görünür ki, Şəxs adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, qanunvericilik inzibati cərimə növündə qərarın icra edilməsi müddətini 25 gün müəyyən etməsinə baxmayaraq, borclu Şəxs uzun müddətdir, təxminən on aydır ki, həmin cərimədən heç bir ödəniş etməmiş, eləcə də bu cərimə ilə bağlı icra məmuru tərəfindən icra şöbəsinə dəvət edilməsinə, SMS bildirişlə məlumatlandırılmasına baxmayaraq özünün də dediyi kimi səhlənkarlıq edib icra şöbəsinə gəlməmiş və inzibati cərimə növündə məhkəmə qərarını icra etməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədini uzun müddətdir (təxminən on ay) icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati cərimənin uzun müddətdir ödənilməməsini, eləcə də borclunun ona göndərilmiş sms xəbərdalıqla məcburi gətirilməsinə əhəmiyyət verməməsini, barəsində axtarış elan edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. İXM-nin 31.4-cü maddəsinin tələbinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz İXM-nin 529.2-ci maddəsinin sanskiyasında yalnız yuxarı hədd (üç ay) göstərildiyindən məhkəmə inzibati həbs tətbiq edərkən İXM-nin 31.4-cü maddəsini rəhbər tutmağı əsaslı sayır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulmadığından onun inzibati həbs müddətinin əvvəli hazırkı tarixdən, yəni 06 dekabr 2023-cü tarixdən, saat 17.30-dan hesablanmalıdır. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən, saat 17.30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Lənkəran Rayon İcra və Probasiya şöbəsinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar