Məhkəmə qərarları › İş №3(049)-1743/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1743/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1743/2023 21.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı 18289754 saylı xx.xx.2023-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı 18289754 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. Şikayətdə EQ seriyalı 18289754 saylı qərarın ləğv verilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-CG-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobil etibarnamə əsasında onun istifadəsindədir və həmin nəqliyyat vasitəsini o, özü idarə edir. xx.xx.2023-ci il tarixində saat təxminən 15:08 radələrində X2 küçəsi Sahil Qəsəbə yolunun 38-ci km.-liyində hərəkətdə olarkən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə barəsində EQ 18289754 №-li protokol tərtib olunmaqla qərarlı olaraq 80 manat cərimə edilmişdir. Sözügedən protokolla qətiyyən razı deyil, belə ki, o, ötmə əməliyyatını yerinə yetirərkən qırıq xətt tərəfdən əks zolağa daxil olmuş və ötmə əməliyyatını bitirən zaman 1.11 xəttini kəsib keçməklə öz hərəkətdə olduğu zolağa qayıtmışdır. Yol hərəkəti haqqında qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 5-ci bəndində də qeyd olunub ki, 1.11 xəttinin qırıq xətt tərəfdən habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Həmin qanunun sözügedən maddəsinin tələbinə görə də mən 1.11 xətti başlamamış qırıqqırıq xətt olduğuna görə qırıq-qırıq xəttdən ötmə əməliyyatına başlamış, əks zolağa keçmiş və artıq öz hərəkətdə olduğ zolağa qayıtdıqda isə 1.11 xəttini kəsib keçməklə öz hərəkətdə olduğu zolağa qayıtmış, bu da qanunvericiliyin tələbinə görə qanun pozuntusu sayılmır. Lakin o, ötmə əməliyyatını qanunvericiliyin normasına əsasən düzgün yerinə yetirdiyi halda onun barəsində sözügedən protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, sonradan barəsində inzibati xətanın qeydə dlındığı ərazidə videoçəkiliş aparmışdır və həmin videoyazını məhkəməyə təqdim edəcəkdir. Şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinin məzmununa əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı 18289754 saylı xx.xx.2023-cü il tarixli qərarına əlavə olan, qərarın qəbul edilməsinə əsas olan inzibati xəta hadisəsinin görüntülərini özündə əks etdirən fotoşəkildən görünür ki, **-CG-*** dövlət qeydiyyat nişanlı “Ford tranzit yük” markalı avtomaşın X4 yolunun 38.1-ci kilometrliyində xx.xx.2023-cü il tarixdə üfiqi nişanlanma xəttinin tələblərini pozaraq yolun əks istiqamətində hərəkət edir. Bu inzibati xətaya dair xx.xx.2023-cü il tarixdə X1 barəsində inzibati xəta haqqında sözügedən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə, o, AR İXM-nin 327.2 maddəsinə əsasən 80 manat cərimə edilmişdir. “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin İV bəndinə əsasən, “1.1” üfiqi nişanlanma xətləri — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Məhkəm baxışında baxış keçirilməklə tədqiq edilən şikayət vermiş şəxs Əfşin Qasımov tərəfindən sübut kimi məhkəməyə təqdim edilən CD diskdə olan videoçəkilişdə sürücü iddia edir ki, Sahil qəsəbə yolunda avtomaşını idarə edərkən 38-ci kilometrliyi keçdikdən sonra qırıq-qırıq xətt olan yerdən ötmə əməliyyatı etmişdir, “ötmə qadağandır” nişanından sonra öz hərəkət zolağına qayıtmışdır. Ötmə əməliyyatı edərkən yolda avtomaşınların hərəkəti intensiv olduğundan “ötmə qadağandır” nişanını görməmiş və bu səbəbdən öz hərəkət zolağına “1.1” üfiqi nişanlanma xətti olduğu hissədən qayıtmışdır. Həmin videoçəkilişə baxış keçirilərkən müəyyən edildi ki, videoçəkilişi aparan şəxsin ötmə əməliyyatını etdiyini bildirdiyi yerdən “ötmə qadağandır” nişanı görünüş məsafəsindədir. Həmçinin “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən, sürücü ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İşin məhkəmə baxışı zamanı müəyən edildi ki, X3 tərəfindən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında icraatı aparan orqan tərəfindən tam sübuta yetirilmişdir. Bunun əksini sübut etmə vəzifəsi X1 üzərinə düşür. İşin faktiki hallarından həmçinin müəyyən edildi ki, X3 idarə etdiyi **-CG-*** dövlət qeydiyyat nişanlı “Ford tranzit yük” markalı avtomaşınla X4 yolunun 38.1-ci kilometrliyində xx.xx.2023-cü il tarixdə saat 20:14:13 radələrində hərəkətdə olarkən üfiqi nişanlanma xəttinin tələblərini pozaraq yolun əks istiqamətində hərəkət etmişdir. Şikayət ərizəsindən və Əfşin Qasımov tərəfindən məhkəməyə təqdim edilən videoçəkilişdən müəyyən edildi ki, sürücü Sahil qəsəbə yolunun 38-ci kilomerliyini keçdikdən sonra irəlidə “ötmə qadağandır” yol nişanı onun görünüş məsafəsində olduğu və həmin nişanı görməli olduğu halda həmin nişana əhəmiyyət vermədən, nişana az məsafə qalmış ötmə əməliyyatı etmişdir. Videoçəkilişdə qeyd etdiyi kimi ötmə əməliyyatı edərkən yolda avtomaşınların hərəkəti ntensiv olmuşdur. Həmçinin sürücü yol-hərəkət qaydalarının tələblərini pozaraq, yəni girmək istədiyi hərəkət zolağının ötmə üçün kifayət edəcək məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdıracağına əmin olmadığına baxmayaraq ötmə əməliyyatına başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edirəm ki, X1 əməlinin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı 18289754 saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı 18289754 saylı xx.xx.2023-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı 18289754 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar