Məhkəmə qərarları › İş №3(049)-1746/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1746/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1746/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 sahə rəisi, polis leytenantı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olan və Lənkəran rayonu, Xolmilli kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 sahə rəisi, polis leytenantı X13 tərəfindən tərtib olunmuş 07 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 30 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 26 avqust 2023-cü il tarixdə saat 09 radələrində Lənkəran rayonu, Xolmilli kəndində şəxsi münasibətləri zəmnində Zərərçəkmiş şəxs vurmaqla ona dərəcəsi təyin edilməyən xəsarətllər yetirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 sahə rəisi, polis leytenantı X13 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Lənkəran rayonu, Xolmilli kəndində ailəsi ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. X4 ilə onun arasında uzun müddətdir ki, münaqişə vardır. Münaqişənin əsas səbəbi Şəhrəbanunun torpaq sahəsinə gedən yolun onun torpaq sahəmin yaxınlığında olmasıdır. Şərəbanu iddia edir ki, onun otlaq sahəsinə gedən yolu bağlayıb. Amma o, yolu bağlamayıb. xx.xx.2023-cü il traixdə saat 08 radələrində otlaq sahəsində olan heyvanlarına baxmaq üçün Lənkəran rayonu, Xolmili kəndində yerləşən otlaq sahəsinə getdikdə orada Şəhrəbanu ilə rastlaşmışdır. Şəhrəbanu onu gördükdə ona qarşı nalayiq ifadə işlətməyə başlamışdır. Buna görə də onların arasında münaqişə yaranmışdır. Lakin münaqişə zamanı o, X2 döyməmişdir. Ona heç bir xəsarət yetirməmişdir. Onun bədənində olan xəsarətlərin necə yaranması barədə heç bir fikri yoxdur. Heç bir günahı yoxdur. Odur ki, protokola xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Lənkəran rayonu, Xolmilli kəndində ailəsi ilə birlikdə yaşayır. İş üzrə təqsirləndirilən Şəxs, el arasında Esmira adı ilə çağırılan qadın onun qonşusudur. Mənim Lənkəran rayonu, Xolmili kəndində 0.55 ha torpaq sahəm vardır. Fərd, yaşayış evimdən həmin torpaq sahəsinə getmək üçün yol nəzərdə tutulmuşdur. Lakin Zəkiyyə adlı qonşusu onun həmin yoldan istifadə etməsinə maneçilik törədir. Buna görə də, Zəkiyyə adlı qadınla onun arasında uzun müddətdir ki narazılıq vardır. xx.xx.2023-cü il tarixdə səhər 09 radələrində təsərrüfatında olan iribuynuzlu heyvanları həmin otlaq sahəsinə aparan zaman Zəkiyyə ilə rastlaşmışdır və onun yenə də onun həmin yoldan istifadə etməyinə mane olmaq istədiyini görmüşdür. O, Zəkiyyənin həmin yolun üzərində qurduğu çəpəri sökmüşdür. Bu barədə onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zəkiyyə əlində olan yabanın taxta hissəsi ilə onun ayaqlarına bir neçə dəfə zərbə vurmuşdur. Həmin zərbələr nəticəsində o, xəsarət almışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya zona mərkəzinin rəisi vəzifəsində işləyir. Hazırda baxılan inzibati xəta haqqında iş üzrə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs o, müayinə edərək bu barədə ekspert rəyi vermişdir. Mayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən - sağ bud nahiyəsində qançır, sağ said nahiyəsində sıyrıqlar bərk küt əşyanın, o cümlədən yabanın taxta hissəsinin təsirindən yarana bilərdi. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, 26 avqust 2023-cü il tarixli 872 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ bud nahiyəsində qançır, sağ said nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Xolmili kəndində yaşayan X10 ***- ***-**-** saylı mobil nömrə ilə DİN-nin 102 xidmətinə zəng edərək, anası X6 adlı qonşusu tərəfindən döyülməsi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Xolmili kəndində yaşayan X1 ŞRPŞ-na ərizə ilə müraciət edərək, xx.xx.2023-cü ıl tarixdə saat təxminən 09 radələrində Lənkəran rayonu Xolmili kəndi ərazisində həmkəndlisi Esmira adlı qadının onu döyərək ona xəsarət yetirməsini bildirərək, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin və şahidin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar