Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-175/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağayev X1 Rayon Məhkəməsinin 2(049)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 fevral 2025ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra Nümayəndə bildirmişdir ki, Ağayev X1 Rayon Məhkəməsinin 2(049)-307/2024 saylı, 23 yanvar 2024cü il tarixli icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hal hazırda Şəxs 14132 manat ödənilməmiş borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, qeyd edilən məhkəmə qətnaməsindən məlumatı vardır. Həmin qətnamədən apelyyasiya və kassasiya şikayətləri versə də şikayətlər təmin edilməmişdir. Onun Zərərçəkmiş şəxs deyil onun atasına borcu vardır. O məhkəmə qətnaməsinin düzgün olmadığını, Ceyhuna borcu olmadığını, lakin onun əleyhinə qərar qəbul edildiyini bildirir. Bir həftə əvvəl Bakı şəhərində onu polis əməkdaşları saxlamışlar və o Lənkəran ŞRPŞ ilə əlaqə saxlayıb gələcəyini demiş və buna görə onu buraxmışlar. 13 fevral 2025cü il tarixdə öz əvvəlcə polis şöbəsinə sonra isə Lənkəran İPŞ-nə gəlmişdir. Faktiki olaraq polis tərəfindən tutulub müvəqqəti saxlama yerində saxlanılmamışdır. Zərərçəkmiş şəxs elektron kabinet vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir rəsmi məlumat vermədən iştirak etməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, 14000 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 132 manat cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan və məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli tərəfindən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsində izahat verərək bildirmişdir ki, Lənkəran rayon məhkəməsinin 2(049)-352\2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbinə əsasən ondan cəmi, 14000 (on dörd min) manat borc və 132 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Onun məhkəmə proseslərindən məlumatı var və o məhkəmələrdə iştirak etmişdir. İcra və probasiya şöbəsindən gələn bildirişləri onun həyat yoldaşım almışdır və ona bu barədə məlumat verilmişdir. İcra məmuru onunla telefon əlaqəsi saxlayıb ona icra sənədi üzrə borcunun olduğunu bildirsə də, o, Bakı şəhərində olduğu üçün şöbəyə gələ bilməmiş və borcunu hal-hazıra kimi ödəməmişdir. Şöbənin icraatında olan digər icra işi ilə bağlı axtarışa verilmiş və o, polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, Lənkəran rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə tələbi icra etmədiyi halda məsuliyyət ona izah olunmuş və məsuliyyəti ona tam aydındır. Fərdi biznes fəaliyyəti iə məşğulam, tələbkarla aramızda olan borc məbləği bununla bağlı yaranmışdır. Zərərçəkmiş şəxs borcu yoxdur, onun atası Zaura borcu var, sadəcə onun atasına görə gedib notariusda borc müqaviləsi imzalamışam. Buna görə də Ceyhuna pulu ödəmək fikrim yoxdur. Borclunun barəsində axtarış edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağayev X1 Rayon İcra və Probasiya Şöbəsi tərəfindən axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən vermilmiş müvafiq sorğudan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8(səkkiz zgün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «13» fevral 2025-ci il tarixdən saat 16:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-175/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-175/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver