Məhkəmə qərarları › İş №3(049)-1755/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1755/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1755/2023 20.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X5, şikayət verən şəxs: X3, qərarından şikayət verilən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yol patrul xidmət inspektoru X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yol patrul xidmət inspektoru X1 05 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yol patrul xidmət inspektoru X1 05 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 **-NA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi də xx.xx.2023 Lənkəran şəhər Fizuli küçəsi ilə hərəkət edən zaman YPX avtomobili ona saxla əmri vermişdir, qanuna əsasən onun saxla əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini demişdir. Yol polisi inspektoru bildirmişdir ki, o, Lənkəran şəhər, Fizüli küçəsi ilə hərəkət edən zaman svetaforun 327.2 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və buna dair ona 3 bal 80 azn məbləğində cərimə protokol tətbiq olunacaq. O, isə hüquqi formada ona etiraz edərək, svetaforun yaşıl işığını yanıb söndüyü halda yol ayrıcını keçdiyini bildirmişdir. Hətta qanunda sürücü yol ayrıcına daxil olduqdan sonra nizamlayıcının sarı işığı yanarsa, sürücü yol ayrıcını boşaltmaq məqsədi ilə hərəkəti davam etdirə bilər. YPX əməkdaşı inzibati pozuntunu tam subut etmədən, inspektor polis serjantı X4 ona İXP5778470 saylı inzibati protokol tərtib etmişdir. İnzibati pozuntu törətmədiyini nəzərə alaraq, inzibati protokola yenidən obyektiv şəraitdə baxılsın və həmçinin YPX İnspektoru atomobilində yerləşdirilmiş kameraların görüntülərinə onun iştirakı ilə baxılmasına şərait yaradılsın. Əgər həqiqətən İXM-nin 327.2 svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməyi subut olunarsa inzibati məsulliyəti daşımağa hazırdır. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şi qərarından şikayət verilən şəxs: Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin yol patrul xidmət inspektoru X4 iş üzrə tərəfindən təqdim edilmiş videogörüntü ilə X2 inzibati xətanı törətməsi sübuta yetirildiyini bildirib 05 dekabr 2023-cü il tarixli, TP ******* qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və 05 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutuımuş inzibati xətanı törətməsinə görə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdən müəyyən olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 19.45-də Lənkəran şəhəri, Füzuli küçəsidə Mercedes Benz E200 minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetaforun qadağanedici işarəsi verilərkən (qırmızı işıq yanarkən) hərəkərini davam etdirmişdir. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Mercedes Benz E200 minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İXM-nin 327.2-ci maddəsinin tələbinə görə də, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 122.2-ci maddəsinin tələbinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yol patrul xidmət inspektoru X1 05 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yol patrul xidmət inspektoru X1 05 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar