Məhkəmə qərarları › İş №3(049)-176/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-176/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-176/2024 22.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1977-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 22 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1755/2023 saylı, 05 iyun 2023-cü il tarixli icra sənədinə əsasən, iki uşağın saxlanımasına dair hər uşaq üçün 150 manat olmaqla, cəmi hər ay sabit pul məbləğində 300 manat məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. 6850 manat aliment borcu onun tərəfindən ödənilməmişdir. Hazırda Şəxs tələbkara 2250 manat aliment borcu vardır. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs dəfələrlə şöbəyə dəvət edilərək ona aliment borcunu ödəməsi və əks təqdirdə barəsində müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Hər dəfə izahatında borclu qeyd etmişdir ki, aliment borcunu tam ödəyə bilmir. Müxtəlif vaxtlarda tələbkara hissəvi ödənişlər etmişdir. Hazırda tələbkara borcu 2250 manat təşkil edir. Borclu icrasənədinin icrasından qəsdən boyun qaçırır. Bununla da məhkəmə qərarı öz mahiyyətini itirir. Borclu Şəxs barəsində cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, borclu Şəxs məhkəmə qərarı əsasında ona olan aliment borcunu ödəməkdən qəsdən boyun qaçırır. Belə ki, iki uşağını təkbaşına böyüdür və borclu isə ona heç bir köməklik göstərmir. Borclu ilə aralarında alimentin hiss-hissə ödənişinə dair heç bir razılıq yoxdur. Hazırda borclunun ona 2250 manat aliment borcu vardır. Elə vaxtlar olub ki, borclu aylarla aliment ödənişini ödəməmişdir. Şəxs barəsində cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədi bardə məlumatlıdır və dəfələrlə icra şöbəsinə çağırılaraq bu barədə ona xəbərdarlıq edilmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğul olur. Alimenti tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə alimenti ödəmişdir. Barəsində qərarqəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 300 manat təşkil etdiyi halda, borclu öz mülahizəsinə əsasən aylıq 10, 20, 50, 80, 100, 300 (bir dəfə) manat məbləğində ödənişlər edərək, müəyyən aylarda isə heç ödəniş etməmiş və nəticədə tələbkara 2250 manat aliment borcu qalmışdır. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 22 fevral 2024-cü il tarixindən saat 15:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar