Məhkəmə qərarları › İş №3(049)-176/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-176/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-176/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X16 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, tələbkarın Zərərçəkmiş şəxs3 ASC-nin Ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran rayonu, Bəliton kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə evli və üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşşul olan, Lənkəran rayonu, Horavenc kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, X6 barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Kommersiya Məhkəməsinin 2-2(121)-19/2024 saylı xx.xx.2024-cü il tarixli və Lənkəran Rayon Məhkəməsinin 2(049)-2917/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin və 1 Sayı Notariat ofisinin icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 tərəfindən X6 barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 məhkəmə iclasında bildirmişdir ki, uşaqları xəstə olduqları üçün icraçının çağırışlarına gələ bilməmişdir. İstifadəsində iki mobil nömrə vardır. Usta işləyir və bununla bağlı xx.xx.2024-cü il tarixdə, axşam saat 19-20 radələrində onu usta kimi 24-cü polis bölməsinə dəvət etmişlər və orada saxlanılaraq bu gün Lənkəran Rayon İcra Şöbəsinə təhvil verilmişdir. Bu vaxta qədər borclarından cəmi 150 manat ödəmişdir. May ayının 20-ə dək qalan borclarını tam olaraq ödəyəcəkdir. Məhkəmədən cərimə olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X14 bildirmişdir ki, X1 Rayon Məhkəməsi tərəfindən e-2(049)-2435/2024 saylı icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam olaraq icra etməmişdir. Cəmi 150 manat ödəmişdir. Buna görə də onun barəsində axtarış elan edilmiş və 12 fevral 2025-ci il tarixdə tutularaq 13 fevral 2025-ci il tarixdə onlara təhvil verilmişdir. X12 barəsində inzibati tənbeh növündə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 Vasif Şaban oğlunun onlara 11000 manat borclu qaldığını bildirib təqdimatın təmin edilməsini və borclunun sərt şəkildə cəzalandırılmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2917/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədindən görünür ki, borclu X4 cəmi 1230 manat məbləğində borc və 32.30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə verilməsi qət edilib. Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(121)-19/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu X4 cəmi 11056.31 manat kredit borcu və 150 manat mediasiya xərci iddiaçı Dəmirbank ASC-yə və iş üzrə ekspertiza tədqiqinin dəyəri olan 100 manat pulun 80 manatı dövlət büdcəsinə tutularaq ödənilməlidir. 1 Sayı Notariat ofisinin icra qeydindən görünür ki, X12 cəmi 78 manat 97 qəpik pulu tələbkar Azerdell Telecom MMC-nin xeyrinə ödəməilidir. İş materiallarında olan İcraata başlamaq haqqında qərarların surətlərindən görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsində, qeyd edilən icra sənədləri və icra qeydi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surətləri X8 göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarılması haqqında qərardan görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən X12 barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, X9 heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, X12 tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş X12 məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş X8 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X6 əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs X12 barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 fevral 2025-cü il tarixdən saat 19:00-dan hesablansın. Həbsin sonu 27 fevral 2025-cü il tarix, saat 19:00 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar