Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1762/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Lənkəran T.İsmayılov küçəsində ŞRPŞ-nın inzibati binasının qarşısında ucadan ünvansız nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 12 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, özü 2-ci Qarabağ müharibəsi veteranıdır. Əvvəllər göstərilən hər hansı polis əməkdaşları ilə aralarında narazılıq və ya ziddiyyəti olmamışdır. Səhhətində narahatçılığı var, özündən asılı olmayan səbəblərdən tez-tez əsəbləşir. Özünü təqsirli bilir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis nəfəri X5 bildirmişdir ki, 12 dekabr 2023-cü il saat təqribən 20:00 radələrində Lənkəran ŞRPŞ-nın 1 saylı postda polis nəfəri polis serjantları İlkin İsmayılzadə, Fəhmin Hüseynzadə, Xəyal Əliyevlə birlikdə xidmətdə olduğları zaman dövlət qeydiyyat nişanı olmayan «moskiviç» markalı bir avtomobilin sürətlə ŞRPŞ-nın qapısının qarşısından keçən avtomobil yolunun hərəkət hissəsində dayandığını və sükan arxasında Əlisəfa dalı şəxsin düşdüyünü görüb ona yaxınlaşıb nə köməklik göstərməsini soruşublar. Əlisəfa adlı şəxs uca səslə qışqıraraq 2-ci Qarabağ müharibəsində döyüşdüyünü qazi olduğunu bildirib, polis işçilərinin ünvanına nalayiq küçə söyüşləri söyməyə başladı. Onlar Əlisəfa adlı şəxsi nizam intizama dəvət etsələrdə o, onların sözlərinə məhəl qoymayaraq xuliqanlıq hərəkətlərini davam etdirdi və yoldan keçən avtomobillərin hərəkətlərinə maneçilik törədib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X2 şahid X3 izahatına uyğun izahat verdi. X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 12 dekabr 2023-cü il tarixdən saat 21:00-da inzibati qaydada tutulmuşdur. Sərxoşluğun müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 001030 №-li protokoldan görünür ki, Şəxs narkotik sərxoşluğu vəziyyəti müyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Lənkəran T.İsmayılov küçəsində ŞRPŞ-nın inzibati binasının qarşısında ucadan ünvansız nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmuş, bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 dekabr 2022-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə, yaxud bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1762/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1762/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver