Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1763/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.00 Lənkəran Rayon Məhkəməsinin hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X9, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi,X10, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Astara rayonu, Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 13 dekabr 2023 -cü il tarixdə, saat 09 radələrində ünvan 1 ünvanına ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X10 göstərdi ki, Lənkəran Rayon Polis X3 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. 13 dekabr 2023 -cü il tarixdə, saat 09 radələrində Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Əzizov X4 rayon, Səpnəkəran kənd ərazisində polisin ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə, saat 09 radələrində yol polis əməkdaşları onun avtomobilini saxlayıb cəriməsi olduğu üçün polis şöbəsinə aparmaq istəyındə o, etirazını bildirərək protokol yazılmasını, lakin avtomobilinin aparılmamasını xahiş etmişdir. Həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət edəndə o, getmək istəməmiş, buna görə yaxınlıqda olan sakinlər onu sakitləşdirmişlər. Daha sonra yol polis əməkdaşlarının tərəfindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərikibi olmadığını bildirib həmin maddə üzrə icraata xitam verilməsini, İXM-nin 535.1-ci maddəsi ilə isə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində göstərdi ki, Baş Dövlət Patrul Alayının 11 tağımının yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 13 dekabr 2023-cü il tarixdə Ələt-Astara magistral yolun 212-ci kilometrliyində polis baş serjantı Vüqar Mirzəzadə ilə birlikdə xidmət edərkən həmin ərazi Lənkəran rayonu Səpnəkəran kəndi ərazisində yerləşir, xidmət apardığı zaman Astara rayon istiqamətindən Lənkəran şəhər istiqamətinə hərəkət edən vaz-2106 markalı ** GS *** dövlət qeydiyyat nişanlı çəhrayı rəngdə olan avtomaşının texniki baxışdan keçmədiyindən və cərimə olduğundan həbsli olduğu üçün tərəfindən saxla işarəsi verilmiş, sürücü əvvəlcə maşını saxlamaq istəməmiş, lakin onun arxasınca gedəcəyini görüb maşını saxladıqdan sonra həmin sürücüyə yaxınlaşmış saxlamanın səbəbini sürücüyə izah etmiş, avtomaşının cəriməsi olduğunu və sürücünün sürücülük hüququ olmadığını bildirdikdən sonra sürücü özünü Şəxs kimi təqdim edən şəxs bildirdi ki, avtomaşının müvəqqəti duracağa getməyəcək, heç kim maşını apara bilməz sözlərini demiş və ucadan ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O və həmkarı Vüqar Mirzəzadə həmin sürücünü intizamlı olmağa dəvət etmiş, lakin sürücü Şəxs qəsdən tələblərə tabe olmamaqla yanaşı, ucadan qəsdən nalayiq söyüşlər söyməklə yoldan keçən digər sürücülərin diqqətini cəlb etmişdir. Şəxs isə qəsdən mübahisə edib, söyüşlər söyüb qanuni tələblərə tabe olmamışdır. Şəxs sürücülük hüququ olmadan avtomaşın idarə etmişdir. İdarə etdiyi avtomaşının texniki baxışı olmamış və ödənməyən cəriməsi olduğundan həbsi vardır. Həmin mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində göstərdi ki, Baş Dövlət Patrul Alayının 11 tağımının yol patrul xidməti inspektoru vəzifəsində işləyir. Baş Dövlət Patrul Alayının 11 tağımının yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 13 dekabr 2023-cü il tarixdə Ələt-Astara magistral yolun 212-ci kilometrliyində polis baş serjantı Samir Süleymanov ilə birlikdə xidmət edərkən həmin ərazi Lənkəran rayonu Səpnəkəran kəndi ərazisində yerləşir, xidmət apardığı zaman Astara rayon istiqamətindən Lənkəran şəhər istiqamətinə hərəkət edən vaz-2106 markalı ** GS *** dövlət qeydiyyat nişanlı çəhrayı rəngdə olan avtomaşının texniki baxışdan keçmədiyindən və cərimə olduğundan həbsli olduğu üçün tərəfindən saxla işarəsi verilmiş, sürücü əvvəlcə maşını saxlamaq istəməmiş, lakin onun arxasınca gedəcəyini görüb maşını saxladıqdan sonra həmin sürücüyə yaxınlaşmış saxlamanın səbəbini sürücüyə izah etmiş, avtomaşının cəriməsi olduğunu və sürücünün sürücülük hüququ olmadığını bildirdikdən sonra sürücü özünü Şəxs kimi təqdim edən şəxs bildirdi ki, avtomaşının müvəqqəti duracağa getməyəcək, heç kim maşını apara bilməz sözlərini demiş və ucadan ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O və həmkarı Samir Süleymanov həmin sürücünü intizamlı olmağa dəvət etmiş, lakin sürücü Şəxs qəsdən tələblərə tabe olmamaqla yanaşı, ucadan qəsdən nalayiq söyüşlər söyməklə yoldan keçən digər sürücülərin diqqətini cəlb etmişdir. Şəxs isə qəsdən mübahisə edib, söyüşlər söyüb qanuni tələblərə tabe olmamışdır. Şəxs sürücülük hüququ olmadan avtomaşın idarə etmişdir. İdarə etdiyi avtomaşının texniki baxışı olmamış və ödənməyən cəriməsi olduğundan həbsi vardır. Həmin mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Baş Dövlət Patrul Alayının 11 tağımının yol patrul xidməti inspektoru Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 13 dekabr 2023-cü il tarixli raportdan görünür ki, 13 dekabr 2023-cü il tarixdə Ələt-Astara magistral yolun 212-ci kilometrliyində xidmət edərkən Astara rayon istiqamətindən Lənkəran şəhər istiqamətinə hərəkət edən vaz-2106 markalı ** GS *** dövlət qeydiyyat nişanlı çəhrayı rəngdə olan avtomaşının texniki baxışdan keçmədiyindən və cərimə olduğundan həbsli olduğu üçün tərəfindən saxla işarəsi verilmiş, sürücü əvvəlcə maşını saxlamaq istəməmiş, lakin onun arxasınca gedəcəyini görüb maşını saxladıqdan sonra həmin sürücüyə yaxınlaşmış saxlamanın səbəbini sürücüyə izah etmiş, avtomaşının cəriməsi olduğunu və sürücünün sürücülük hüququ olmadığını bildirdikdən sonra sürücü özünü Şəxs kimi təqdim edən şəxs bildirmişdir ki, avtomaşının müvəqqəti duracağa getməyəcək, heç kim maşını apara bilməz sözlərini demiş və ucadan ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O və həmkarı Samir Süleymanov həmin sürücünü intizamlı olmağa dəvət etmiş, lakin sürücü Şəxs qəsdən tələblərə tabe olmamaqla yanaşı, ucadan qəsdən nalayiq söyüşlər söyməklə yoldan keçən digər sürücülərin diqqətini cəlb etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş13 dekabr 2023-cü il tarixli, 001948 nömrəli tibbi müayinə haqqında aktdan görünür ki, X11 alkaqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, Şəxs 13 dekabr 2023 -cü il tarixdə, saat 09 radələrində yol polisi əməkdaşlarının ünvanına ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinin qəsdən tabe olmamışdır. Videodan görünür ki, mübahisə zamanı yol hərəkətinin digər iştirakçıları da avtomobli saxlayaraq münahisəyə müdaxilə etmiş, eləcə də yerli sakinlər tərəfindən Şəxs sakitləşdirilmişdir. Şəxs polis şöbəsinə getməsi təklif edilsə də, o, müqavimət göstərərək qanuni tələblərə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 13 dekabr 2023-cü il tarixli, 3-17-1/2-291698/2023 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Eleektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs sürücülük hüququ yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 09 radələrində ictimai yer hesab olunan Lənkəran rayon Səpnəkəran kənd ərazisində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin polis əməkdaşlarına qarşı söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulması müəyyən edilmədiyindən tutulma müddətinin əvəli hazırkı vaxtdan, yəni 13 dekabr 2023-cü il tarixdən, saat 18.00-dan hesablanmalıdır. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddəti 13 dekabr 2023-cü tarixdən, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1763/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1763/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver