Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1767/2023 20.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 18 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin baş inspektoru X6 və inspektor X3 xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində **-YP- *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə xidmətdə olarkən dövlət qeydiyyat nişanı üzərində olmayan, alın, ön və arxa yan şüşələri örtüklə örtülmüş qara rəngli “VAZ 2107” markalı nəqliyyat vasitəsini idarə edən şəxsin çoxavazlı səs siqnalından istifadə etdiyini aşkar etmişlər. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayon sakini Şəxs saxlanılmasına etiraz etmiş, onun qeyd olunan vəziyyətdə nəqliyyat vasitəsi idarə etməsini polisə kiminsə xəvər verməsini zənn edərək uca səslə səs-küy salaraq ünvansız söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, özünü təqsirli bilir. Özünə məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı quraşdırmış və alın, ön və arxa yan şüşələri örtüklə örtmüşdür. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində nəqliyyat vasitəsini saxlayaraq maşına avtomobil ehtiyat hissəsi almaq üçün mağazaya getmişdir. Avtomobilin üzərində dövlət qeydiyyat nişanı olmamışdır. Mağazadan çıxanda sonradan adının Kamran Kərimli olduğunu bildiyi YPX inspektoru ona yaxınlaşaraq, avtomobili dövlət qeydiyyatı nişanı olmadan idarə etməsinə, alın, ön və arxa yan şüşələri örtüklə örtülməklə və çoxavazlı səs siqnalından istifadə etməsinə görə qanunvericiliyin tələblərini ona izah etmişdir. Vətən Müharibəsi veteranı olduğundan əsəbləri oyaq olduğu üçün kiminsə yuxarıda qeyd edilən şəkildə avtomobil idarə etməsini polis əməkdaşlarına məlumat verməsini zənn edərək əsəbiləşmiş, bu zaman ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizamintizama dəvət etsə də tabesizlik göstərmişdir. Əməlindən peşmandır, iki uşağı vardır. Vətən Müharibəsi veteranı, 3-cü dərəcə əlil olmasını nəzərə alıb barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobilində DYPB-nin inspektoru X3 ilə xidmətdə olarkən dövlət qeydiyyat nişanı üzərində olmayan, alın, ön və arxa yan şüşələri örtüklə örtülmüş qara rəngli “VAZ 2107” markalı nəqliyyat vasitəsini idarə edən şəxsin çoxavazlı səs siqnalından istifadə etdiyini eşitmişlər. Ərazidə həmin avtomobili müəyyənləşdirməkdən ötrü o xidməti maşından düşərək maşını axtarmağa başlamış, Mirtağı Qafarlı isə xidməti maşını idarə edərək həmin avtomaşını müəyyənləşdirməyə çalışmışdır. O, dövlət qeydiyyat nişanı üzərində olmayan, alın, ön və arxa yan şüşələri örtüklə örtülmüş qara rəngli “VAZ 2107” markalı nəqliyyat vasitəsini avtomobil ehtiyat hissələri satılan dükanın qarşısında aşkar etmiş, mağazadan çıxan şəxs, sonradan şəxsiyyəti müəyyənləşdirilmiş Şəxs həmin nəqliyyat vasitəsinin sahibi olduğunu bildikdən sonra avtomobili dövlət qeydiyyatı nişanı olmadan idarə etməsinə, alın, ön və arxa yan şüşələri örtüklə örtülməklə və çoxavazlı səs siqnalından istifadə etməsinə görə qanunvericiliyin tələblərini ona izah etmişdir. Bu zaman həmin şəxs kiminsə onun qeyd olunan şəkildə maşın idarə etməsini polisə məlumat verməsini zənn edərək ucadan ünvansız söyüşlər söymüş, həmin yerə gəlmiş Mirtağı Qafarlı ilə birlikdə onu nizam-intizama dəvət etsə də Şəxs tabesizlik göstərərək qanunazidd hərəkətlərinə davam etdirmiş, daha sonra polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X4 izahatına uyğun məzmunlu izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs filialdan xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. “Elektron Məhkəmə” X1 görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup və ƏG – 2-ci qrup üçün müəyyən edilmiş təqaüd alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs təqsiri özünün etirafedici və şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə araşdırması zaman Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1767/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1767/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver