Məhkəmə qərarları › İş №3(049)-1768/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1768/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1768/2023 18.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, pensiyaçı, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə onunla bir ünvanda yaşayan nəvəsi Zərərçəkmiş şəxs icazəsiz küçəyə çıxmasına görə baş vermiş mübahisə zamanı sonuncunu döydüyünə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 18 dekabr 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə onunla bir ünvanda yaşayan nəvəsi Zərərçəkmiş şəxs icazəsiz küçəyə çıxmasına görə baş vermiş mübahisə zamanı sonuncunu döydüyünə Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə Lənkəran ŞRPŞ-yə daxil olmuş şikayəti əsasında Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən aparılmış araşdırma zamanı, Şəxs əməlində cinayət tərkibi olmadığından 29 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxsbarəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qızı X2 2014-cü il tarixdə Qanuni nümayəndə ilə ailə qurmuş, onların birgə nikahından xx.xx.2015-ci il tarixdə Məryəm və xx.xx.2017-ci il tarixdə İbrahim adlı uşaqları doğulmuşdur. Qızı və kürəkəni boşanma ərəfəsində olduqlarından, Esmira uşaqları ilə birgə onun yanına köçmüşdür. O, nəvələrini döyməmişdir. xx.xx.2023-cü il tarixdə nəvəsi Məryən icazəsiz evdən küçəyə çıxdığına görə əsəbiləşib Məryəm vurmaq istəsə də, əlini saxlamış, onu vurmamışdır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, Şəxs onun qayınanasıdır. X2 ilə 2014-cü il tarixdə ailə qurmuş, onların birgə nikahından xx.xx.2015-ci il tarixdə Məryəm və xx.xx.2017-ci il tarixdə İbrahim adlı uşaqları doğulmuşdur. Esmira Allahverdiyeva ilə boşanma ərəfəsində olduqlarından, Esmira uşaqları ilə birgə anasının yanına köçmüşdür. Şəxs tez-tez onun azyaşlı uşaqlarını döymüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qızı Məryəmi döymüşdür. Şəxs şikayətçidir və onun barəsində tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun nənəsidir. Anası Esmira və qardaşı İbrahimlə ilə birlikdə nənəsi Vəzifənin evində yaşayırlar. xx.xx.2023-cü il tarixdə o, icazəsiz evdən küçəyə çıxdığına görə nənəsi əsəbiləşib ona sillə vurmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 HK-1-4246 nömrəli yoxlama materialı üzrə qəbul etdiyi 29 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxslər barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 23 noyabr 2023-cü il tarixli, 1170 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - boyun nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk ket əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı X1 xx.xx.2023-cü il tarixli, 3-17-1/2-297614/2023 nömrəli arayışından görünür ki, Şəxs filialdan əlilliyi ilə bağlı heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1-4246 saylı yoxlama materialı üzrə qəbul edilmiş 29 noyabr 2023-cü il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar