Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1769/2023 18.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi 18 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 18 dekabr 2023-cü il tarixdə saat 14:35 radələrində Lənkəran şəhəri. S.Axundov küçəsində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə, orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilir. Belə ki, o, 16 dekabr 2023-cü il tarixdə saat 14:35 radələrində idarə etiyi VAZ markalı **-LK-*** avtomaşınla hərəkətdə olarkən Lənkəran şəhəri 4 saylı orta məktəbin qarşısında yol patrul xidməti əməkdaşları onu saxlamışlar. Polis əməkdaşı onu saxlayarkən özünü ona təqdim etmişdir və bildirmişdir idarə etdiyi avtomobilin qabağ nömrəsi yoxdur və qadağan olduğu halda avtomobilin qabaq şüşələrinə plyonka örtük çəkərək avtomaşını idarə edir. Polis əməkdaşı plyonkanı sökmək istədikdə o, buna etiraz edərək polis əməkdaşının əlindən vuraraq ona avtomaşını belə idarə etməyin xoş olduğunu bildirmişdir. Sonradan əsəbləşmiş və onun bu hərəkətini polisə satanların ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin yerdə xidmət aparan polis əməkdaşları dəfələrlə ona sakit olmasını bildirsələr də o, söyüşlərini davam etdirmişdir. Həmin hərəkətləri etməsini əsəbi olması ilə izah etmişdir. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən ona İXM-nin ittiham olunduğu maddələrinin sanksiyası həddində ən yüngül cəza verilməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon X6 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X3 izahatında bildirdi ki, 16 dekabr 2023-cü il tarixdə saat 14:35 radələrində polis serjantı X5 ilə birlikdə KİA markalı **-YP-*** potrul avtamaşını ilə xidmətdə olarkən Lənkəran şəhəri, Şirəli Axundov küçəsində hərəkətdə olan VAZ markalı **-LK-*** nömrəli avtomasında qabağ qeydiyyat nişanının olmadığını, arxa yayların kəsildiyini və qabaq şüşələrə plyonka örtük çəkildiyini müşahidə edərək həmin avtomaşını saxlamışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və idarə etdiyi avtomaşında olan pozuntuları onun diqqətinə çatdırmışdır. Bu zaman avtomaşının sürücüsü onu polisə satanların ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Həmçinin ona etiraz olaraq əlindən itələmiş və avtomaşını bu formada idarə etməyin ona xoş olduğunu bildirmişdir. O, özü və polis əməkdaşı Mahir Məmmədli sürücüyə dəfələrlə sakitləşməyi və söyüşlərini dayandırmağı bildirsələr də o, polisin bu tələbinə əhəmiyət verməyərək öz söyüşlərini davam etdirmişdir. Həmin hadisə Lənkəran şəhərində yerləşən 4 saylı orta məktəbin qarşısında baş vermişdir. Qeyd etdiyi hadisə polis əməkdaşı Mahir Məmmədlinin üzərində olan xidməti video kamera ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşı X5 da izahatında polis əməkdaşı X1 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədi. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etdiyi əməldən səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 18 dekabr 2023-cü il saat 14:40-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1769/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1769/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver