Məhkəmə qərarları › İş №3(049)-177/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-177/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-177/2025 06.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 avqust 2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi «BMW» minik markalı **-MQ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomagistral yolunun 172.8-ci kilometrliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yəni, avtomobili yaşayış məntəqəsində 110 km/saat sürətlə idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək yəni, diqqətini avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və hadisənin qarşısın almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək sərnişin 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 alın nahiyəsində əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirib ki, o, nəqliyyat vasitəsi kimi özünə məxsus “BMW” 330 markalı ** MQ *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edir. Avtomobil idarə etməyə dair BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə 20 radələrində o, ailəsi ilə birlikdə Xanbulan istirahət mərkəzindən çıxıb Lənkəran rayonun Səpnəkəran kəndində yerləşən körpüdən Ələ-Astara-İran Sərhəddi yoluna daxil olmuş, məqsədi həmin yolu Ələt istiqamətində gedib Lənkəran rayonunun Girdəni kəndinə çıxdıqdan sonra evinə getmək olmuşdur. Hadisədən bir gün öncə o, əməliyyat qrupunda olub. Hadisənin baş verdiyi gün onun istirahət günü olmuşdu5. Gecə səhərə qədər yatmadığı üçün yuxusuzluqdan əziyyət çəkmişdir. O, avtomobili yolun Ələt istiqamətində saatda 110 km sürətlə idarə etmişdir. Avtomobilində ondan başqa arxa oturacaqda arvadı Zərərçəkmiş şəxs2 və azyaşlı qızı Aylin və azyaşlı oğlu Zakir əyləşmişlər. O, yolun üzərində olan Lənkəran rayonu Qurunba kəndinə çıxan körpünün çıxışına çatana .yaxın yerdə yuxulu olduğundan ani olaraq fikri yoldan yayındığı üçün idarəetməni itirib yolun sağ kənarında olan otluq sahəyə avtomobil sağ tərəfi üstə düşmüşdür. Qəza nəticəsində arvadı və iki azyşalı uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə zamanı o, xəsarət almayıb. Qəzanın baş verməsinə səbəb onun yuxulu vəziyyətdə avtomobili idarə etməyi olmuşdur. Hazırda ailə üzvlərinin səhhəti normaldır. Baş vermiş hadisə onun ehtiyatsızlığı üzündən baş verdiyi üçün səmimi peşmançılıq hissi keçirir. Övladı Aylin müalicə edilmiş və hazırda səhhəti normaldır. Ondan şikayət və tələbin olmamasını nəzərə alıb barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 və inzibati xəta haqqında qərar qəbul etmi. orqan Lənkəran Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsi ekspertizasının 04 sentaybr 2024-cü il tarixli, 886 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində alın nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törədilmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşının aşması zamanı avtomaşın salonun qabarıq hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı qızı xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs xx.xx.1993-cü il təvəllüdlü Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, iş üzrə alınmış izahatlar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs əməlini etiraf edib peşman olmasını İXM-nin 32.1.1-ci, ilk dəfə inzibati xəta törətməsini həmin Məcəllənin 32.2-ci və törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar