Məhkəmə qərarları › İş №3(049)-1778/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1778/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1778/2023 27.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, işləməyən, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər Rayon X11 Patrul Xidmətinin inspektoru baş serjantı X4 tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs özünə məxsus “VAZ 21060” minik markalı **-BS-*** nömrəli avtomaşınla xx.xx.2023-ci il tarixdə saat 07-50 radələrində Lənkəran rayon Göyşaban kəndində ərazisindən keçən 194-cü kilometrliyi ilə Ələt qəsəbəsi istiqamətinə 40 km/saat sürətlə hərəkətdə olarkən qabaqda yolun sol kənarındakı dayanacağa dönmək məqsədi ilə sürətini 20 km/saata qədər endirməklə sola dönmək üçün xarici işiq siqnalını yandırmış və yolun orta xəttinə yaxın hərəkət edib dayanacağa çatanda sola manevr edib qarşı yola çıxaraq köndələn vəziyyətdə olarkən, bu zaman əks istiqamətdə öz hərəkət zolağı ilə saatda 75 kilomet sürətlə hərəkətdə olan X2 idarə etdiyi BMW 320 minik markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağında avtomobilin qabaq sağ hissəsi VAZ 21060 minik markalı avtomobilin arxa sağ qanadı ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sərnişini X6Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışı zamanı Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ 21060” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən 07:45 radələrində Lənkəran rayonu Göyşaban kəndinin dairəsindən çıxıb köhnə Ələt-Astara yolu ilə Ələt qəsəbəsi istiqamətinə, yəni Lənkəran rayonu Göyşban kəndi ərazisindən keçən 194-cü kilometrlində olan dayanacağa yola düşmuşdür. Oradan qardaşı uşaqlarını götürüb məktəbə aparmalı idi. Avtomobili texniki cəhətdən saz vəziyyətdə idi, yükü yox idi. Həmin vaxt avtomobildə arxa oturacaqda sol tərəfdə 2013-cü il təvəllüdlü qızı X5 əyləşmişdir. Saat 07:50 radələrində köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Göyşaban kəndi ərazisindən keçən 194-cü kilometrliyi ilə Ələt qəsəbəsi istiqamətinə avtomobili 40 km/saat sürətlə idarə edirdi. Bu zaman yolun solundakı dayanacağa dönəcəyi üçün sola dönmək üçün işıq siqanlını yandırıb yolun ortasına yaxın hərəkət etməklə sürəti 20 km/saata qədər azaldıb həmin yerə çatdıqdan sonra sola manevr etməyə başlamışdır. Həmin vaxt sola maner edib avtomobilin qabaq hissəsi qarşı yolun ehtiya hissəsinə çıxmışdır, ancaq avtomobilin arxasının yük yerinin bir hissəsi yolda çəpəki vəziyyətdə dayanmışdır. Onda qardaşı oglu X3 maşına yaxınlaşıb minmək istəmişdir. Elə bu anda Astara rayonu istiqamətində hərəkətdə olan BMW minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilinin arxa sağ yan hissəsindən vurub toqquşmuşdur. Toqquşmadan sonra onun idarə etdiyi avtomobil iki dəfə fırlanaraq yolun sağ kənarında ehtiyat hissədə daynmışdır. Nəticədə avtomobildə olan qızı Cahan baş nahiyəsindən ciddi xəsarət almışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 1144 nömrəli rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində alın, burun nahiyələrində əzilmiş yaralar, sağ göz qapaqları-gözaltı, sağ yanaq nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şaraitdə, yəni 13.110.2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Həmin qərar əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın aidiyyatı üzrə BDYPİ-ə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. 2.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar