Məhkəmə qərarları › İş №3(049)-1786/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1786/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1786/2023 25.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1983-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib olunmuş 25 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 21 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 08 radələrində Lənkəran rayonu, Darquba kəndində şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədən nahiyəsinə təpik zərbələri vurmaqla ona dərəcəsi təyin edilməyən xəsarətllər yetirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Hər zaman onların arasında mübahisə mövcud olmuşdur. Belə ki, Ramilənin qaynatası onun evinin yaxınlığında rəssamlıq emalatxanası tikmişdir. Mütəmadi olaraq orada ağır texnika ilə işləyərək onu narahat edir. Bu barədə onların arasında dəfələrlə mübahisə olmuşdur. O, 12 noyabr 2023-cü il tarixdə qızı Nuray ilə birlikdə Darquba kəndində evinin yaxınlığında avtobus dayanacağında dayanarkən Zərərçəkmiş şəxs, onun əri Tural və oğlu Samir ona və qızına hücum çəkərək onları döymüşlər. Ramilə onun saçlarını dartmış, Tural isə onu boğmuşdur. O, da özünü müdafiə məqsədilə Zərərçəkmiş şəxs təkik zərbələri vurmuşdur. Həyəcanlı olduğundan təpik zərbələrinin onun harasına dəydiyini bilməmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Lənkəran rayonu, Darquba kəndində ailəsi ilə birlikdə yaşayır. İş üzrə təqsirləndirilən Şəxs onun qonşusudur. Daim onların arasında mübahisə olmuşdur. Aralarında sonuncu mübahisənin yaranmasına səbəb Şəxs onun videosunu çəkərək bu videonu tik-tok sosial şəbəkəsində yerləşdirməsi olmuşdur. O, küçədə dayanacaqda Günaya yaxınlaşaraq bunun səbəbini aydınlaşdıdıqda Günay ona qarın nahiyəsinə təpik, başına isə şillə ilə vurmağa başlamışdır. O, da özünü müdafiə etmək məqsədilə Günayın saçından tutmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü ıl tarixdə saat 15 radələrində evin həyətyani sahəsində olduğu zaman qonşuluqda yaşayan Günay evin pəncərəsini açaraq Turalın atası Məmmədyar Cəfərovu təhqir etmişdir. Tural və Ramilə də Günaya bu səbəbdən irad bildirmişdir. X12 nalayiq ifadələrlə təhqir etmişdir. Ramilə də Günayı təhqir etdiyi zaman sonuncu mobil telefonu ilə Ramilənin videoçəkilişini aparmışdır. Bundan sonra ailə üzvləri Ramiləni sakitləşdirərək evə aparmışdır. xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində Ramilə “Tik-Tok” sosial şəbəkəsində Günayın profil səhifəsində ona məxsus videogörüntünün olmasını görmüş və bu barədə Turala demişdir. X11 fikir verməməsini tapşırmışdır. Ramilə çölə çıxmışdır. Bir neçə dəqiqə sonra Tural da çölə çıxmışdır. Küçədən Ramilə ilə Günayın səslərinin gəlməsini eşidib DİN-in 102 xidmətinə zəng etmişdir. Münaqişə baş verə biləcəyini demişdir. Bu zaman səs-küy olduğunu eşidib küçəyə çıxmışdır Tural küçəyə çıxdıqda Günayın Ramiləyə təpik zərbəsi vurmasının şahidi olmuşdur. Günay və Ramiləyə yaxınlaşaraq onları ayırmışdır. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, 12 noyabr 2023-cü il tarixli 1119 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qarın, sağ almacıq, sağ baldır nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt eşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəİir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, 12.11 2023-cü il tarixdə Lənkəran rayonu Darquba kənd sakini Cəfərova X3 ŞRPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində qonşuluqda yaşayan Şəxs onu döyərək xəsarət yetirməsini bildirmiş, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Darquba kənd sakini X6 DİN-in 102 xidmətinə zəng edərək, qonşusu Şəxs onun həyat yoldaşının videousunu "Tik-Tok" sosial şəbəkəsində paylaşması və müxtəlif şəxslərin həyat yoldaşının şəxsi ismarıc bölməsinə təhqiredici ifadələr yazması, bu səbəbdən aralarında münaqişə olması barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Darquba kənd sakini X1 ŞRPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə qonşuluqda yaşayan Şəxs "Tik-Tok” sosial şəbəkəsində ona və arvadına məxsus videogörüntüləri paylaşmasını bildirmiş. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran RMX-dan Dənziyev Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə telefonla məlumat verərək bildirmişdir ki, Lənkəran rayonu Darquba kənd sakini 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarının küt travması ilə xəstəxanaya daxil olmuşdur. Deməsinə görə qonşusu Günay tərəfindən döyülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin və şahidin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar