Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1787/2023 25.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X8, protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X7, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Lənkəran rayonu, Darquba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X4 21 noyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X7 tərəfindən MN ******* nömrəli, 25 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə, saat 08 radələrində Lənkəran rayonu, Darquba kənd ərazisində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs saçını yolaaq ona döyərək ona fiziki ağrı yetirmişdir. Nəticədə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 bildirdi ki, toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X1 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində evin həyətyani sahəsində olduğu zaman qonşuluqda yaşayan Günay evin pəncərəsini açaraq Ramilənin qaynatası Məmmədyar Cəfərovu təhqir etmişdir. Ramilə də Günaya bu səbəbdən irad bildirmişdir. X17 nalayiq ifadələrlə təhqir etmişdir. Ramilə də Günayı təhqir etdiyi zaman sonuncu mobil telefonu ilə Ramilənin videoçəkilişini aparmışdır. Bundan sonra ailə üzvləri Ramiləni sakitləşdirərək evə aparmışdır. xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində Ramilə “Tik- Tok” sosial şəbəkəsində Günayın profil səhifəsində ona məxsus videogörüntünün olmasını görmüşdür. Bu səbəbdən əsəbləşib çölə çıxmışdır. Günay və qızı Nurayın duracaqda gözləmələrini görüb onlara yaxınlaşmışdır. Günaydan hansı səbəbə onun videogörüntüsünü paylaşmasını soruşmuşdur. Günay yaxşı etməsini demişdir. Ramilə də Günayın üzərinə getmişdir. Günay bu zaman Ramilənin qarın nahiyəsinə təpik zərbəsi və sifət nahiyəsinə sillə vurmuşdur. Ramilə də Günayın saçından tutaraq dartmışdır. Bu zaman əri Tural Cəfərov gələrək onları ayırmışdır. Mübahisə zamanı əri X14 Quliyevanı və qızı Nuray Əliyevanı döyməmiş, mübahisədən bir gün əvvəl Günayın evinin pəncərəsini daşla və ya taxta parçası ilə vuraraq zədələməmişdir. Şəxs Günayın onun və Tural barəsində dediklərinin yalan, böhtan olmasını, mübahisə zamanı Turalın Günayın əlindən telefon almamasını, Günaya məxsus zinət əşyalarının hansı şəraitdə itməsindən məlumatsız olmasını, Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişənin 10-15 dəqiqə davam etməsini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində yatdığı zaman çəkic səsinin gəlməsi onu narahat etdiyindən oyanmışdır. Pəncərəni açdığında qonşuluqda yaşayan Şəxs çəkici dəmirə vurmasının şahidi olmuşdur. Günay Ramiləyə irad bildirmişdir. X21 nalayiq ifadələrlə təhqir etmişdir. Günay Ramilənin bu hərəkətlərini videoya çəkmişdir. Ramilənin Günayı təhqir etməsi səbəbindən sonuncu da Ramiləni təhqir etmişdir. Bu zaman Ramilənin əri X18 məxsus evin pəncərəsinə taxta parçası, daha sonra daş atmışdır. Bu səbəbdən evinin plastik pəncərəsi zədələnmişdir. Günay da Ramilənin onu təhqir etmə videoçəkilişini xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsinə yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində qızı X12 ilə birlikdə Lənkəran rayonu Darquba kəndində evinin qarşısında olan zaman Şəxs və Tural Cəfərov onların üzərinə hücum çəkmişdir. Həmin şəxslər eyni zamanda Günayın videoçəkilişini etmişdir. Tural Günayın boğaz nahiyəsindən tutmuşdur. Ramilə də Günayın saçından tutaraq dartmış və Günayın bədən nahiyəsinə zərbələr vurmuşdur. Günay da özünü müdafiə etmək məqsədilə Şəxs təpik zərbəsi vurmuşdur. Eyni zamanda həmin şəxslər Günayın qızına da zərbələr vurmuşdur. Bundan sonra qızı Nuray DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin şəxslər oradan uzaqlaşmışdır. Mübahisə zamanı Günaya məxsus sırğa və qolbağ itmişdir. Mübahisə zamanı Günay videoçəkiliş etmək istədikdə Tural Günaydan telefonu almaq istəmişdir. Lakin Günay telefonu vermək istəmədikdə Tural telefonu əlindən dartmış və Samsung A 33 markalı mobil telefonu yerə düşərək şüşəsi sınmışdır. Zərərçəkmiş şəxs Tural Cəfərov və Şəxs ilə aralarında baş vermiş münaqişənin təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsi özünü müdafiə etmək üçün vurmuş, buirada heç bir qəsd yoxdur, həmçinin zərərçəkmiş şəxsdə xəsarət yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmiş şəxs X5 döyməsi özünün də mahiyyəti üzrə etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsinin 13 noyabr 2023-cü il tarixli, 1122 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 noyabr 2023-cü il tarixli qərarından görünür ki, müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 həvalə edilməsi qərara alınmışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İXM-nin dispozisyası fiziki ağrını da əhatə edir ki, hazırkı iş materiallarına əlavə edilmiş həm barəsində inzibati xəta haqqında aparılan şəxs və zərərçəkmiş şəxsin ifadəsindən də görünür ki, Şəxs qəsdən Zərərçəkmiş şəxs vurmaqla, konkret olaraq saçından tutumaqla sonuncuya fiziki ağrı yetirmişdir. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1787/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1787/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver