Məhkəmə qərarları › İş №3(049)-1794/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1794/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1794/2023 27.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, X1 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: X3 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarından Lənkəran Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Məhkəmə, şikayəti araşdıraraq hesab edir ki, şikayət imzalanmadığından şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarından X3 tərəfindən tərtib edilmiş şikayət və şikayətin nüsxəsi imzalanmamışdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İXM-nin 126.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarından X3 tərəfindən tərtib edilərək məhkəməyə göndərilmiş şikayət natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayətin qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarından X3 tərəfindən tərtib edilmiş şikayət X2 qaytarılsın. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar