Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1796/2023 27.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 27 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Lənkəran Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin məzmunundan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin X3 Şöbənin əməkdaşları tərəfindən Şəxs Salyan şəhəri, Ə.Quliyev küçəsində yerələşən kafenin yaxınlığında küçədə saxlanılaraq regional şöbəyə gətirilmişdir. Şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi və üzərində gəzdirməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin X3 Şöbənin əməliyyat müvəkkili Yaşar Rzayev, məsul növbətçi Emin Əliyev, polis nəfəri Zaur Talıbov və Lənkəran rayon Vəkil Bürosunun Vəkili Hüseynov intiqam Ələskər oğlunun iştirakı ilə Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd selofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki kütlə marixuanadır, özünə məxsusdur, srağa gün Salyan şəhərində vağzal ərazisində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 15 manata almış, əldə etdiyi marixuanadan qəbul etməmiş, heç kimə verməmiş, satmamışdır. Həmin bir bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə 0,98 qram çəkidə olmuşdur. Şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik maddə olub-olmadığını, əgər narkotik maddədirsə çəkisi və növünü müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 bölməsinə göndərilmişdir. Həmin bölmənin xx.xx.2023-cü il tarixli 19/1069 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,717 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitəqurudulmuş marixuanadır. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin məzmununa əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin məcəllənin 110.1-ci maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarında Şəxs üzərindən narkotik maddənin Lənkəran şəhərində yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin X3 Şöbəsinin inzibati binasında aşkar olunması qeyd edilsə də, təhqiqatçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda”, “şübhəli şəxsin tutulması” və “şəxsi axtarış” haqqında protokollarda və digər iş materiallarında narkotik vasitələrin qanunsuz əldə etməsi və üzərində gəzdirməsi onun tutulduğu anadək, yəni DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin X3 Şöbəsinin əməkdaşlarının Salyan şəhərində keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılma vaxtınadək təsvir edilmişdir. Bu hal təhqiqat orqanının özünün belə Şəxs təhqiqat materiallarında təsvir olunan inzibati xəta əməlinin, yəni – qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda əldə etməsi, saxması və daşımasının – məhz Salyan şəhərində tutulduğu andan başa çatması qənaətinə gəlməsini şərtləndirir. Həmçinin iş materiallarına əlavə edilmiş portal çıxarışdan müəyyən edilir ki, Şəxs ünvan 1 ünvanda yaşayır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilərkən yuxarıda qeyd edilən qanunvericiliyin inzibati xəta haqqında işə baxılmalı olduğu yerə dair tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 27 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1796/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1796/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver