Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1799/2023 29.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu X1 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında qərarından şikayət ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin qəbul etdiyi 01 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsinin məzmunundan görünür ki, ərizəçi 01 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ona “19 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsində təqdim edildiyini, Qaradağ RPİ tərəfindən bu günədək təqdim edilmədiyi” bildirmişdir. Lakin sözügedən inzibati xəta haqqında qərarın ona 19 dekabr 2023-cü il tarixdə təqdim edilməsi ilə əlaqadar şikayət ərizəsinə hər-hansı sübut əlavə etməmişdir. Hazırkı şikayət ərizəsi Lənkəran Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə hazırki şikayət ərizəsini icraata götürərkən ilk əvvəl onun qanunla müəyən edilmiş müddətdə verilib-verilməməsinə münasibət bildirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 57.1 maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin məcəllənin 57.5 maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən, mübahisələndirilən inzibati xəta haqında qərarın hansı tarixdə X2 təqdim edilməsini sübut etmək vəzifəsi hazırki halda ərizəçinin üzərinə düşür və bununla əlaqadar onun tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin 01 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarından şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1799/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1799/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver