Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-18/2025 24.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ragim Kerimovun iştirakı ilə Baş X9 İdarəsinin Xİ X8 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından Ragim Kerimov tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Baş X9 İdarəsinin Xİ X8 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ilə Ragim Kerimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilmişdir. X4 xx.xx.2024-cü il tarixdə idarə etdiyi **-LF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törətdiyi və bu barədə İXP seriyalı, ******* nömrəli protokol tərtib edildiyi qeyd edilmişdir. Ragim Kerimov həmin qərardan şikayət verib. Ərizəçi şikayətdə TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində İXM-nin qeyd olunan maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 06 dekabr 2024 il narixdə Xİ X8 xidməti inspektoru polis baş serjantı X7 tərəfindən barəsində İXP6729243 nömrəli protokol tərtib edilib, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar çıxarılmışdır. Həmin Qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirkar bilinmiş və mənə 100 (yüz) manat məbləğində cərimə kimi inzibati cəza təyin edilmişdir. Aşağıdakı qeyd etdiyi səbəblərə görə bu Qərarı qanunsuz hesab edirəm. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 51-ci maddəsinin Vİ bəndinə əsasən, yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazını gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. Qərarda göstərilən zaman, yəni xx.xx.2024 il tarixdə səhər saat 09 radələrində Ələt-Aztara yolunun 208-ci kilometrliyində Lənkəran rayonunun Gərmətük və Şürük kəndləlinin arasinda Astara istiqamətində 99LF557 dövlət qeydiyyat nişanlı MERSEDES BANZ C180 MİNİK avtomobili ilə hərəkət etmişdir. Həmin yola Gərmətük dairəsi adlanan hissəsində Sütəmurdov kəndi tərəfdən daxil olarkən FORD TRANZİT markalı mikro avtobus tipli avtomobilə yol verib arxasınca hərəkət etməli olmuşdur. Qarşısında gedən FORD avtomobilinin sürəti çox aşağı olduğundan arxalarındada uzun avtomobil karvanı yığılmışdı. Gərmətük qəsəbəsi ərazisində ötmə qadağan olduğundan Fordun arxasınca getmək məcburiyyətində idi. Bu zaman Fordun arxasından çıxan dəm qazı (CO) avtomobilinin içinə dolduğundan avtomobildə hava kəskin zəhərlənirdi və təmiz nəfəs almağa təhlükə yaranmışdır. Gərmətük ərazisi qurtaracağında ötmə qadağandır 3.20 yol nişanı qoyulmuşdur. Nişanı keçəndən sonra yolun sağında 2-ci dərəcəli yoldan çıxışı, yaşayış məntəqəsinin bitdiyi sərhədini göstərən 5.23 yol nişanını və ərazidə yerləşən “Radar”ı keçdikdən sonra yol örtüyündə heç bir xəttin (nə bütöv, nə də qırıq-qırıq xəttin) görünmədiyi ərazidə qərara gəlmişdir ki, artıq ötmə qadağandır 3.20 nişanının təsir zonası bitib. Bu səbəbdən sürəti həddən artıq az olan FORD avtomobilini ötməyi mümkün bilib ötmə əməliyyatının təhlükəsizliyini təmin edib həyata keçirmişdir. Qəsdən yol hərəkət qaydalarını pozmaq niyyəti yox idi. Sadəcə yolun şəraitindən istifadə edib düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmışdır. Bütün yol boyu sürəti həddən artıq aşağı olan FORD avtomobilinin sürücüsü Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 51-ci maddəsinin Vİ bəndinin tələblərinə zidd olaraq arxasında yığılan avtomobillərin keçib getməsinə heç bir şərait yaratmamışdır. Bu səbəbdən əməl etdiyi manevrdə Yol hərəkəti qaydalarının pozulduğunu və inzibati xəta tərkibinin mövcudluğunu qanunsuz hesab edirəm. Məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ragim Kerimov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qeyd edilən hadisə zamanı onunla avtomaşında qaynatası olan X2 da olmuşdur. Belə ki, X5 kənd orta məktəbində işlədiyindən həmin vaxt onu işə aparırmış və heç bir yol hərəkəti qaydasını pozmadan ötmə əməliyyatını həyata keçirmişdir. Sonradan həmin ərazinin və orada quraşdırılmış yol nişanlarının foto şəklini və videosunu çəkmişdir və sübut kimi məhkəməyə təqdim etmişdir. X1 məhkəmə iclasında şahid qismində dindirilməsini və şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ragim Kerimov onun qızının həyat yoldaşıdır. O, özü Hirkan kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. 06 dekabr 2024-cü il tarixdə səhər saat 09 radələrindən özünə məxsus “Mercedes” markalı avtomaşınla onu Hirkan qəsəbəsinə işə aparmışdır. O, avtomobilin qabaq sırasında sərnişin oturacağında oturmuşdur. Onların avtomaşının qarşısında asta sürətlə “Ford” markalı avtomaşın gedirdi və arxalarında uzun maşın karvanı yığılmışdı. Gərmətük və Şürük kəndlərinin arasındakı yolla hərəkət edərkən “radar” qurğusunu keçdikdən təxminən 50 metr sonra Ragim idarə etdiyi avtomaşınla “Ford” markalı avtomaşını ötmüşdür. O, hər gün həmin yolla işə gedir və həmin yolda quraşdırılmış yol nişanlarının yerini bilir. Həmin yolda cəmi bir “radar” qurğusu quraşdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ragim Kerimov tərəfindən məhkəməyə təqdim edilən foto və video çəkilişlərə məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edilmişdir ki, yolda “ötmə qadağandır” (3.20) yol nişanı quraşdırılmışdır. Həmin yol nişanından sonra Gərmətük yaşayış məntəqəsinin bitdiyini bildirən (5.23) yol nişanı quraşdırılmış və ondan sonra da “radar” qurğusu yerləşir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və şahidi dinləyib, şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Baş X9 İdarəsinin Xİ X8 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisivasında qeyd edilmişdir ki. “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davanı etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etıııə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə" inzibati xəta tərkibi yaranır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ragim Kerimov xx.xx.202024cü il tarixdə saat 09 radələrində idarə etdiyi avtomobillə hərəkətdə olarkət ötmə əməliyyatını “ötmə qadağandır” (3.20) yol nişanının qüvvəsini itirdikdən sonra həyata keçirdiyini bildirmişdir. Şahid Bəxtiyar bayev də qeyd edilən xüsusatı ifadəsində təsdiq etmişdir. İnzibati xəta haqqında icraat aparan orqan tərəfindən bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin Vİ bəndinə əsasən, 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki şikayətin həll edilməsi ilə əlaqadar məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə xx.xx.2025-ci il tarixdə “TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın qəbul edilməsi ilə əlaqadar mövcud olan sübutların (fotoşəkil, videoçəkiliş və s.) məhkəməyə təqdim edilməsi və nümayəndəsinin məhkəmə iclasında iştirakında təmin edilməsi”nə dair müvafiq sorğular göndərilmişdir. İş materiallarına əlavə edilmiş “poçt reyestri” və “poçt göndərişlərinin izlənməsi”ndən müəyyən edilir ki, yuxarıda qeyd edilən məhkəmə sorğuları inibati orqana xx.xx.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə təqdim edilmişdir. Qeyd edilən məhkəmə sorğularına əsasən, Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də Ragim Kerimovun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Ragim Kerimovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Ragim Kerimov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, Ragim Kerimovun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Ragim Kerimovun şikayəti təmin edilsin. Ragim Kerimovnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Baş X9 İdarəsinin Xİ X8 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin. Ragim Kerimovnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-18/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-18/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver