Məhkəmə qərarları › İş №3(049)-1800/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1800/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1800/2023 29.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2234/2021 saylı, 29 sentyabr 2021 -ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X11 oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1 -ci maddəsi ilə 29 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs X2 dindirilərkən izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən onun tələbkar Zərərçəkmiş şəxs borcu vardır. İşdən çıxdığı üçün ödəniş dayandırılmışdır. Lakin hazırda həmin borc məbləğin hissə-hissə ödəyəcəyi barədə tələbkarla razılığa gəlib. Barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs dindirilərkən izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən Şəxs borcu vardır. Hazırda o, borclu ilə aralarında razıblaşıblar ki, həmin borcdan ona ayda 320 manat ödəyəcək. Hazırda borclu ilə aralarında razılıq əldə olunmuşdur. Bu səbəbdən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materialına əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Şəxs ilə borcla bağlı aralarında razılıq əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov AZƏRBAYCAN RESPUBLİKASİNİN LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4400 Lənkəran şəhəri, Heydər Əliyev prospekti № 7 Elektron poçtu Elektron ünvan «30» iyun 2022-ci il İş № 3(050)-909/2022 Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə X4 Ünvan: Lənkəran rayonu, Əhmədli kəndi X5 Ünvan: Lənkəran rayonu, Əhmədli kəndi Lənkəran Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 3(050)-909/2022 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 02 vərəqdə. Hakim: Ayaz Səlimov İş № 3(049)-1356/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Lənkəran Rayon Məhkəməsi 28 avqust 2023-cu il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. İclas saat 14:45-də açıldı. Katib məruzə edərək bildirir ki, icra məmuru və tələbkar məhkəmə iclasına gəlmişlər. Hakim proses iştirakçılarını müəyyən edir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru: X1 rayon İcra və probasiya şöbəsinin icra məmuru işləyən, Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və iştirakçının Azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İş iştirakçıları Azərbaycan dilində başa düşdüklərini və sərbəst danışa bildiklərini bildirirlər. Sədrlik edən məhkəmə tərkibini elan edərək işə hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə baxıldığını bildirir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçısıı hüquq və vəzifələrinin ona aydın olunduğunu bildirir. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. İcra məmuru: Möhtərəm hakim, icra vərəqəsi icra olunduğundan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola baxılmadan geri qaytarılmasını xahiş edirəm. Sədrlik edən işmateriallarını nəzərdən keçirir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan apellyasiya şikayəti verilməsi qaydası və müddəti izah olunur. Məhkəmə iclası saat 14:53 dəqiqədə bağlı elan olunur. Sədrlik edən: Katib: İş № 3(049)-1356/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Lənkəran Rayon Məhkəməsi 04 avqust 2023-cu il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. İclas saat 16:30-da açıldı. Katib məruzə edərək bildirir ki, icra məmuru və tələbkar məhkəmə iclasına gəlmişlər. Hakim proses iştirakçılarını müəyyən edir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru: X1 rayon İcra və probasiya şöbəsinin icra məmuru işləyən, Sədrlik edən məhkəmə tərkibini elan edərək işə hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə baxıldığını bildirir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçısıı hüquq və vəzifələrinin ona aydın olunduğunu bildirir. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə fikrini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan: Möhtərəm hakim, xahiş edirəm Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin olunsun. Sərlik edən bildirir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsinin iştirakının məhkəmə iclasında təmin edilməsi ilə əlaqədar məhkəmə iclası 17 avqust 2023-cü il tarixə, saat 16:10-a kimi təxirə salınsın. Məhkəmə iclası 16:37-də bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi: LƏNKƏRAN RAYON MƏHKƏMƏSİNİN HAZİRLİQ İCLASİNİN PROTOKOLU 3(049)-2759/2023 17 avqust 2023-ci il Lənkəran şəhərində Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. İclas saat 16:10-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılası işi elan edir. Sədrlik edən iş üzrə tərəflərin gəlib gəlməməsi barədə məlumat vermək üçün sözü iclas katibinə verir. Məhkəmə iclas katibi bildirir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb(lər)i barədə məlumat verməmişlər. Sədrlik edən məhkəmə iclasında tərəflərin iştirakının məhkəmə iclasında təmin edilməsi ilə əlaqədar məhkəmə iclası 18 avqust 2023-cü il tarixə, saat 15:30-a kimi təxirə salınsın. . İclas saat 16:17-də qurtardı. Sədrlikedən: K a t i b: İş № 3(049)-1356/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Lənkəran Rayon Məhkəməsi 18 avqust 2023-cu il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. İclas saat 15:30-da açıldı. Katib məruzə edərək bildirir ki, icra məmuru və tələbkar məhkəmə iclasına gəlmişlər. Hakim proses iştirakçılarını müəyyən edir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru: X1 rayon İcra və probasiya şöbəsinin icra məmuru işləyən, Sədrlik edən məhkəmə tərkibini elan edərək işə hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə baxıldığını bildirir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçısıı hüquq və vəzifələrinin ona aydın olunduğunu bildirir. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. İcra məmuru: Möhtərəm hakim, aramızda razılıq olunacaqdır. Odur ki, işin təxirə salınmasını xahiş edirəm. Sərlik edən bildirir ki, tərəflərin razılığa gəlməsi ilə əlaqədar məhkəmə iclası 28 avqust 2023-cü il tarixə, saat 14:45-ə kimi təxirə salınsın. Məhkəmə iclası 15:37-də bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar