Məhkəmə qərarları › İş №3(049)-181/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-181/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-181/2025 12.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X8, Qərardan şikayət vermiş şəxs: X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, şikayətçi hazırda X1 İdarəsinin MKSin 1 saylı şəhər kitabxana filialının müdiri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasi FHN-in X10 Xidməti Cənub Regional X10 İdarəsinin əmərdaşları Murad Əbilov və Bakir Məlikov filiala gələrək, yoxlama aparmış filialda yanğın təhlükəsizliyi norma və qaydaları əməl edilməməsi ilə bağlı nöqsanlar aşkar edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında xx.xx.2025-ci il tarixli MN №0016592 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında şikayəti, yəni Lənkəran MKS-in 1 saylı şəhər kitabxana filialının müdiri X5 Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcələsinin 518.1-ci maddəsinin nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə 100 matat məbləğində inzibatı cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquq pozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Həmin qərarın surəti icra etmək üçün şikayət vermiş şəxsə göndərilmişdir. Məlumat üçün bildiri ki, Lənkəran MKS-in 1 saylı şəhər kitabxana filialının müdiri X3 tərtib olunmuş xx.xx.2025-ci il tarixli qərar filiala və filialının müdirinin səlahiyyətinə aid olmadığı hallarda tərtib edilmişdir. Belə ki X7 kitabxana filiallarının maliyyələşdirilməsi X1 İdarəsi tərəfindən aparılır. Filialın özünə hər hansı bir inventar avadanlıq və digər yanğın xəbərverici siqnalizasiya gurğularının quraşdırılması yanğın təhlükəsizliyi ilə bağlı malmaterialların alınması səlahiyyətinə sahib deyil. Filial şəxsi mühasibatlığı və büdcəsi mövcud deyil. Buna görə də, hər hansı qeyd olunan tədbirin və ya nöqsanların aradan qaldırılmasi MKS-in 1 saylı şəhər kitabxana filial müdirinin səlahiyyətləri xaricindədir. Qeyd olunan nöqsanların aradan qaldırılması X1 İdarəsinin səlahiyyətlərinə daxildir. Buna görə xx.xx.2025-ci il tarixli MN №0016592 nömrəli tərtib olunmuş qərarın Lənkəran MKS-in 1 saylı şəhər kitabxana filialının müdiri X2 səlahiyyətlərinə aid olmadığindanı əsas gətirərək ləğv edilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, o, o, hazirda X1 İdarəsinin MKS-in 1 saylı şəhər kitabxana filialının müdiri vəzifəsində işləyir. Onun barəsində protokol tərtib edildikdən sonra o, xx.xx.2025-ci il tarixində Lənkəran- X6 İdarəsinin rəisi Bəxtiyar Qılıncova məktubla müraciət etmişdir ki, ona yazılmış bu halla bağlı tədbir görülsün, lakin hazırkı vaxtadək ona cavab verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərar qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Məhkəmənin yeri və vaxtı barədə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş gəlməməsi barədə rəsmi məlumat verməmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İdarəsinin MKS-in 1 saylı şəhər kitabxanasında yoxlama zamanı qaydaların pozulması məlum olduğu üçün X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə tətbiq edilmişdir. Məhkəməyə qərar qəbul etmiş orqan tərəfindən təqdim edilmiş və və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli, 0485 nömrəli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin inspektoru X9 tərəfindən X1 İdarəsinin MKS-in 1 saylı şəhər kitabxanasına yanğın təhlükəsizliyi ilə bağlı göstərişlər verilmişdir. Məhkəmə, şikayəti bu istiqamətdə tamamilə haqlı hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsi tərəfindən tam araşdırma aparılmadan şəxsi inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, X1 İdarəsinin Mərkəzi Kitabxana Sisteminin 1 saylı şəhər kitabxanasının tabeliyindədir. zərbaycan Respublikasının Nazirlər Kabineti 162 saylı qərarı ilə “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nində MKS direktorunun vəzifələrini müəyyən edərək göstərmişdir ki: 2.1 MKS direktoru MKS-in işini təşkil еdir, kitabxana işçiləri və struktur bölmələrinin işini planlaşdırır, əlaqələndirir və nəzarət edir; 2.2. MKS-i və onun mənafeyini dövlət orqanlarında, digər idarə və müəssisələrdə, ictimai təşkilatlarda, hüquqi və fiziki şəxslərlə qarşılıqlı münasibətlərdə təmsil edir; 2.3. Mövcud qanunvericilik əsasında öz səlahiyyətləri daxilində MKS-in adından müqavilələr bağlayır, etibarnamələr, MKS-in mülkiyyət və vəsaitlərinə dair sərəncamlar verir, qanunvericilikdə müəyyən edilmiş qaydada xəzinə hesabı açır; 2.4. MKS-in vаhid smеtаsını tərtib еdir; 2.5. MKS-də kitabxana proseslərinin avtomatlaşdırılmasını təşkil edir; 2.6. Direktor müavinləri və şöbə müdirləri arasında vəzifə bölgüsünü aparır; 2.7. Məzuniyyət cədvəli, vəzifə təlimatı və digər təşkilati-hüquqi sənədləri, təlimatlar, istehsal strukturunu təsdiq edir; 2.8. İş prоsеsində dövlət оrqаnlаrı, idаrə və təşkilatlar, Həmkаrlаr ittifaqı ilə dаim əlаqə sахlаyır; 2.9. Mütаliəyə rəhbərliyi, kitаb təbliğini, hərbi vətənpərvərlik tərbiyəsi işini, охuculаrа kitаbхаnа və sorğu-bibliоqrаfiyа хidmətinin təkmilləşdirilməsini, rаyоnun (şəhərin) bütün sistеminin kitаbхаnаlаrı аrаsındа əlаqəli fəаliyyəti təşkil еdir; 2.10. MKS fоndunun düzgün komplektləşdirilməsini və ondan operativ istifadəni təşkil еdir, fоndlаrın mühаfizəsi üçün şərаit yаrаdır; 2.11. MKS-in iş plаnlаrını, stаtistik və mətn hеsаbаtlаrını tərtib еdirək, оnlаrı təsdiq еdilmək üçün rayon (şəhər) Mədəniyyət və Turizm şöbəsinə təqdim еdir; 2.12. MKS-in bütün struktur bölmələrinin iş plаnlаrını və hеsаbаtlаrını təsdiq еdir; 2.13. İş plаnlаrının, verilmiş qərаrlаrın, əmrlərin və sərəncаmlаrın vахtlı-vахtındа yеrinə yеtirilməsinə nəzarət еdir; 2.14. Kitаbхаnаnın gördüyü işlər hаqqındа hеsаbаt vеrir; 2.15. İşçi heyətlə sosial tərəfdaşlıq prinsipləri əsasında kollektiv müqavilələrin işlənməsi, bağlanması və həyata keçirilməsini, əmək intizamına riayət edilməsini, kitabxana işçilərinin fəallığı, təşəbbüs və motivasiyasının inkişafını təmin edir; 2.16. MKS əməkdаşlаrının vəzifə təlimаtlаrını təsdiq еdir, işə qəbulu, yerdəyişməsi və vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edir, müəyyən edilmiş qaydada işçilərin ezamiyyətə və ixtisasartırma kurslarına göndərilməsi məsələlərini həll edir; 2.17. Kitabxanalarda sanitar-gigiyenik qaydalara və əməyin mühafizəsinə riayət edilməsini, sənədlərin qeydiyyatı və mühafizəsini təmin edir; Göründüyü kimi, kitabxana direktorunun vəzifələri sahəsində yanğın təhlükəsizliyi sahəsində hər hansı vəzifəsi müəyyən edilməmişdir. “X4” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaqsürtgü materialları, habelə qida məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Məhkəmə, qanun “yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək” bağlı tələbi ilə bağlı qeyd edir ki, X1 İdarəsinin MKS-in 1 saylı şəhər kitabxana filialı müstəqil olaraq hər hansı maddi təminata malik deyil və filialın maddi təminatı tabe olduğu qurum tərəfindən təmin edilir. Məhkəmə hesab edir ki, belə olan halda, yəni müstəqil büdcəyə malik olmayan müəssisədən, xüsusilə maddi təminatı baxımından tabe olduğu qurumdan asılı olan müəssisəsinin rəhbərinin üzərinə vəzifə qoyulmayan hərəkətləri etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Digər tərəfdən, işin hallarından müəyyən olunur ki, direktoru inzibati məsuliyyətə yanğın təhlükəsizliyi avadanlıqlarının olmamasına görə yox, mövcud olan yanğın təhlükəsizliyi avandlıqlarının nasaz olmasına görə cəlb edilmişdir. Bununla bağlı da, məhkəmə qeyd edir ki, həmin vasitələrin saz vzəiyyətə saxlanılması üçün maddi vəsait tələb olunur ki, bu maddi təminat da kitabxananın özü tərəfindən deyil onun tabe olduğu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran-Astara Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilir. Şərh olunanlar baxımından məhkəmə hesab edir ki, şikayət bu hissədə əsaslıdır. X1 İdarəsinin MKS-in 1 saylı şəhər kitabxana filialı müstəqil olaraq özünə hər hansısa bir invertar avadanlıq və digər yanğın xəbərverici «siqnalizasiya qurğularının quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı mal-materialın alınması səlahiyyətinə sahib deyil. X1 İdarəsinin MKS-in 1 saylı şəhər kitabxana filialının şəxsi mühasibatlığı və büdcəsi mövcud deyil. Buna görə də, hər hansı bir qeyd edilən tədbirin və ya nöqsanların aradan qaldırılması X1 İdarəsinin MKS-in 1 saylı şəhər kitabxana filialının və direktorunun səlahiyyətləri xaricindədir” hissəsi ilə tam razılaşaraq qeyd edir ki, bu tələb qanunvericilik baxımından da tamamilə əsaslıdır. Bundan başqa, şikayətin məzmunundan aydın olur ki, şikayətçi tərəfindən qeyd edilən hallar şifahi formada qərar qəbul edilən orqana bildirilmiş, lakin bu hallar tam araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Yuxarıda şərh olunanları, habelə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar