Məhkəmə qərarları › İş №3(049)-184/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-184/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-184/2025 17.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi: Lənkəran ŞRPŞ-in Liman PB-nin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Bakı Şəhər 10 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, Lənkəran şəhəri, Nəsimi küçəsi ev 76-da qeydiyyatda olmaqla Lənkəran rayonu Göyşaban kəndində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Lənkəran ŞRPŞ-in Liman PB-nin polis sahə rəisi Nümayəndə Camaladdin oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə Camaladdin oğlu tərəfindən İXM-nin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin prorokolda qeyd edilmişdir ki, Şəxs Bakı şəhər sakini Zərərçəkmiş şəxs adlı şəxsi uzun müddətdir ki, xarici ölkədə yaşayan ərini Azərbaycana gətirəcəyi adı ilə aldadaraq xx.xx.2024-cü il tarixdə onun 150 manat məbləğində pulunu ələ keçirmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-1125/2024 nömrəli qərarı ilə Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(049)-184/2025 nömrəli qərarı ilə Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə Cəmaləddin oğlu tərəfindən İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilmiş və inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər təkrar araşdırma aparılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinə geri qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi ilə razı olduğunu, heç bir təqsiri olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil2 bildirdi ki, hazırki inzibati xəta haqqında protokolun hüquqi statusuna və HK1/3424 material üzrə Lənkəran ŞRPŞ-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilmiş və hazırda qüvvədə deyil, iş üzrə başqa bir cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir ki, həmin qərar da tərəflərindən mübahisələndirilmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs iş üzrə qanuni qərar qəbul edilməsini və Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etdi. İş materiallarından görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol hazırda araşdırılan fakt üzrə ibtidai araşdırma orqanı tərəfindən daha əvvəl qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar əsasında tərtib edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan Lənkəran Rayon Məhkəməsinə verilmiş şikayət təmin edilməsə də, məhkəmənin həmin qərarı apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və iş üzrə yenidən araşdırma aparılması üçün polis şöbəsinə göndərilmişdir. Hazırda Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun əsaslandığı xx.xx.2024-cü il tarixli qərar ləğv edilmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 6(106)-2/2025 nömrəli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(049)-22/2024 nömrəli və HK1/3424 material üzrə Lənkəran ŞRPŞ-nin müstəntiqi X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərarları ləğv edilməklə, Şəxs Sadıq qızının şikayəti əsasında araşdırma materialları üzrə tam və hərtərəfli araşdırma aparılması Lənkəran ŞRPŞ-nə həvalə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilən və hazırda məhkəmədə baxılan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol artıq ləğv edilmiş qərar əsasında tərtib edildiyindən məhkəmə hesab edir ki, həmin protokolun hüququ əsası mövcud deyildir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində eyni xüsusat üzrə xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar da Şəxs tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır Eyni prosessual əsasları hazırkı iş üzrə tətbiq etdikdə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və bununla bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolun hüquqi əsasının yaranması üçün faktiki olaraq qüvvədə olan qərar mövcud olmadığından hazırki inzibati xəta haqqında icraat materiallarıın məhkəmədə baxılmasına xitam verilməli və materiallar Lənkəran ŞRPŞ-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106.0.3 - 106.0.6-cı maddələrinin məzmununa görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Qeyd edilən maddənin məzmununu təhlil etdikdə görünür ki, hakim yuxarıda göstərilən halları inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən araşdırmalıdır. Lakin hazırki işdə həmin hallar obyektiv səbəblərdən, yəıni işin apellyasiya məhkəməsinə göndərilməsi və apellyasiya məhkəməsinin bu barədə göstərişlərinin fonunda inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən deyil, məhkəmə iclasının gedişində bəlli olmuşdur. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 106, 109,114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə Cəmaləddin oğlu tərəfindən İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış icraata məhkəmədə baxılmasına xitam verilsin və inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər təkrar araşdırma aparılması üçün Lənkəran şəhərrayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar