Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-185/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədirliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Lənkəran ŞRPŞ-nin İTB-in sahə rəisi, polis leytenantı X1ərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1951-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilçiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 2024-cü ilin noyabr ayında məşğulluq idarəsində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 avadanlıq almaqda ona kömək edəcəyini vəd edib aldadaraq 500 manat məbləğində pulunu ələ keçirməsi və 2024-cü ilin dekabr ayının əvvəlində Lənkəran rayon məhkəməsinin qarşısında Lənkəran rayonu, Viyan kənd sakini Zərərçəkmiş şəxs2 məxsus yaşadığı evinin sonuncunun adına rəsmiləşdirilməsi vədi ilə aldadaraq 500 manat məbləğində pulunu ələ keçirməsi faktlarına görə Şəxs barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Vüsal Bəhmənzadə tərəfindən İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında 17 fevral 2025-ci il tarixli, MN ******* və MN ******* saylı protokollar tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadı ilə, Şəxs İXMnin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 3(049)-185/2025 və 3(049)-186/2025 saylı inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilmiş və həmin işə 3(049)-185/2025 saylı nömrə ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Lənkəran ŞRPŞ-nin İTB-in sahə rəisi, polis leytenantı X2 izahat verərək göstərmişdir ki, Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadaraq hər birindən 500 manat pul alması faktı üzrə Şəxs barəsində xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və materiallar inzibati xəta tərkibinin olub-olmamasına qiymət verilməsi üçün ictimai təhlükəsilik bölməsinə göndərilmişdir. Tərəfindən müvafiq qarşadırma aparılaraq hər iki fakt üzrə ayrıca protokol tərtib edilərək Lənkəran rayon məhkəməsinə təqdim edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokollar üzrə ona istinad edilən əməllərin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, Lənkəran rayonu, Şilavar kəndində ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və heç bir yerdə işləmir. Təqaüdçüdür və əlilliy dərəcəsi də, yoxdur. Əvvəllər dərziliklə məşqul olmuş, əvvəllər dələduzduq cinayətini törətdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. O, 2017-ci ilin yanvar ayında Lənkəran rayon məhkəməsi tərəfindən 3000 manat cərimə olunmuş və xx.xx.2021-ci il ildə amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmişdir. Daha sonra 2024-cü ilin mart ayında dələduzduq cinayəti törətdiyi üçün Lənkəran rayon məhkəməsi tərəfindən 02 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləki o, maddi vəziyyəti ilə əlaqədar həmçinin arvadı Mislinin xəstəliyi ilə bağlı çətin vəziyyətə düşdüyü üçün bir neçə şəxslərdən pul almışdır. Zərərçəkmiş şəxs1 2024-cü ilin noyabr ayında avadanlıq almaqda ona kömək etmək üçün 500 manat almışdır. Lakin Lənkəran rayonu, Viyən kənd sakini Zərərçəkmiş şəxs2 onun evinə gəlib vəkil tapmaqda kömək etmək üçün cəmi 450 manat pulu ona vermişdir. Zərərçəkmiş şəxs2 500 manat deyil 450 manat almışdır. Almış olduğu pulları qaytarmaq üçün zərərçəkmiş şəxslərlə barışmaq istəyir. Aldığı pulları təqaüd verildiyi zaman qaytaracaqdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Şəxs artıq 11 aydır onu aldadıb pulunu qaytarmır. Xanağa ona çörək bişirmə dəzgahlarının alınmasına kömək edəcəyini bildirib 500 manat pulunu almışdır. Belə ki, çörək bişirib satmaqla məşğul olur. Şəxs əvvəldən tanımış və onunla təsadüfən Məşğulluq idarəsinin qarşısında qarşılaşmışdır. Şəxs ona yalandan vədlər verib 500 manat pulunu birdəfəyə ələ keçirmişdir. Dəfələrlə Xanağadan pulunu istəmiş. Lakin pulunu ala bilməmişdir. Xanağanın vəddlərinə inanmır. Məhkəmədən Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Şəxs 3-4 aydır ki onu aldadıb pulunu qaytarmır. Hazırda Viyan kəndində anasından qalmış evdə yaşayırlar. Savadsız olduqlarından evi vaxtında adlarına keçirməmişlər. Anasının yeganə vərəsəsi kimi o qalmışdır. Artıq yaşlanmışlar. Buna görə də evi anasının adından öz adına sonra isə övladlarının adına keçirmək istəmişdir. Bunun üçün vəkil axtardığı zaman Lənkəran rayon məhkəməsinin qarşısına gəlmiş orada Şəxslə qarşılaşmışdır. Sonuncu bu işləri özünün həll edəcəyini bildirmiş və evin sənədlərin ondan götürmüşdür. Xanağa ondan hissə-hissə ümumilikdə 500 manatını alaraq aldatmışdır. Şəxs barəsində tədbir görülməsin məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şahid da Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxslərin ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmlakları talamış şəxsin və ya şəxslərin barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heçbir məlumat qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin arayışından görünür ki, Şəxs əlilliyi yoxdur. Göründüyü kimi Şəxs 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs1, 2024-cü ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs2 aldadaraq hər birindən 500 manat pul almaqla aldatma və etibardan su istifadə etmə üsulu ilə dələduzluq etməklə xırda talama inzibati xətasını törətmişdir. Belə ki, İXM-in 227-ci maddəsi qeyd hissəsində göstərilmişdir ki, həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, bu məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və şahidin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan izahatı, zərərçəkmiş və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin növü ilə əlaqədar aşağıdakıları qeyd edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. İXM-nin maddəsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Göründüyü kimi İXM-nin 227-ci maddəsinin sanksiyasında ictimai işlər və həbs olmaqla iki tənbeh növü müəyyən edilmişdir. İXM-nin 28.4-cü maddəsinə əsasən ictimai işlər orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə; hamilə qadınlara; himayəsində üç yaşınadək uşağı olan qadınlara; üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; pensiya yaşına çatmış qadın və kişilərə; hərbi qulluqçulara tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmişlərə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində İXM-nin 34-1-ci maddəsində nəzərdə tutulmuş yuxarı həddə cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-185/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-185/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver