Məhkəmə qərarları › İş №3(049)-186/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-186/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-186/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Rayon Məhkəməsinin icraatına 17 fevral 2025-ci il tarixdə 2 ədəd: 3(049)-185/2025 saylı və 3(049)-186/2025 saylı inzibati xəta haqqında material daxil olmuşdur. Qeyd edilən iki ədəd inzibati xəta haqqında materialdan 3(049)-185/2025 saylı material məhkəmənin hakimi Elvin Ələsgərovun, 3(049)-186/2025 saylı material hakim Anar Pənahovun icraatına verilmişdir. Qeyd edilən iki ədəd inzibati xəta haqqında material üzrə zərərçəkmiş şəxslər fərqli şəxslər olsalar da təqsirləndirilən şəxs eyni şəxs olan Şəxsdur. Bu səbəbdən məhkəmə qeyd edilən iki ədəd inzibati xəta haqqında materialların eyni icraatda birləşdirilərək baxılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 fevral 2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin icraatına daxil olmuş hakim Anar Pənahovun icraatında olan 3(049)-186/2025 saylı inzibati xəta haqqında iş, hakim Elvin Ələsgərovun icraatında olan 3(049)-185/2025 saylı inzibati xəta haqqında işlə eyni icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş inzibati xəta haqqında işə 3(049)-185/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar