Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-188/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1 maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə Şəxs MMC-nin barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Lənkəran şəhəri Nizami küçəsində fəaliyyət göstərən Şəxs MMC-nə məxsus olan “Dosa Mall” satış ofisi obyektinin reklamlarının açıq məkanda icazəsiz yayımlanması və bunun nəticəsində Şəxs MC tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. Qeyd edilən protokola və ona əlavə edilmiş materiala Lənkəran Rayon Məhkəməsində baxılaraq məhkəmənin 3(049)-960/2022 saylı 02 dekabr 2022-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1–ci maddəsi ilə təqsirli bilinib 5.000 (beş min) manat cərimə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-960/2022 saylı 02 dekabr 2022-ci il tarixli qərarından Şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq, məhkəmənin 06 yanvar 2023-cü il tarixli 3(106)-04/2023 saylı qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 3(049)-960/2022 saylı qərarı ləğv edilərək, inzibati işin materiallarının yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, o, hazırda Şəxs MMC-nin direktoru vəzifəsində işləyir. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1–ci maddəsi ilə təqsirli bilinib 5.000 (beş min) manat cərimə edilməsi ilə əlaqədar Lənkəran Rayon Məhkəməsində baxılaraq məhkəmənin 3(049)-960/2022 saylı 02 dekabr 2022-ci il tarixli qərarı barədə məlumatı onlar elektron sistem vasitəsilə əldə eiblər. Həmin vaxtadək Şəxs MMC-nə nə ADRA tərəfindən, nə də məhkəmədən heç bir sənəd təqdim edilməmişdir. Bundan sonra qərarla tanış olduqdan sonra qeyd edilən inzibati xətanın Şəxs MMC-nə heç bir aidiyyətinin olmaması səbəbindən sözügedən məhkəmə qərarından apellyasiya şikayəti vermişlər. Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 işlərinin həyata keçirilməsi ilə məşğul olur. Lakin Şəxs MMC tərəfindən Lənkəran şəhərində heç bir iş görülməmişdir, heç bir layihə həyata keçirilməmişdir. Məhkəmə qərarında qeyd edilən Lənkəran şəhəri Nizami küçəsində yerləşən “Dosa Mall” satış ofisinin Şəxs MMC-nə heç bir aidiyyəti yoxdur. Sözügedən məsələ ilə əlaqədar araşdırma apararkən onlara məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən obyekt Şahid məxsusdur. Həmin obyekt onların tərəfindən heç vaxt icarəyə götürülməmişdir və orada heç bir fəaliyyətləri olmamışdır. Şəxs MMC-nin barəsində aparılan AR İXM-nin 428.7-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 işin məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, 11 oktyabr 2022ci il tarixdə agentliyin X5 İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı Lənkəran şəhəri Nizami küçəsində üzərində “Dosa Mall” reklam daşıyıcısının müvafiq icazə sənədi olmadan açıq məkanda yayımlanması faktı aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin reklam daşıyıcısının yayıcısı Şəxs MMC-dir. Bu barədə müvafiq akt tərtib edilmişdir və sözügedən reklam daşıyıcısının yayımının dayandırılması barədə Göstəriş tərtib edilərək Şəxs MMC-nə təqdim edilmişdir. 24 oktyabr 2022-ci il tarixdə həmin obyektə yenidən baxış keçirilərək, təqdim edilmiş göstərişə əsasən heç bir tədbir görülmədiyinə görə həmin tarixdə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müdiri X6 tərəfindən MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, həmin reklam daşıyıcısının yayımlandğı obyekt Şahid məxsusdur. Bu barədə əvvəldən məlumatları olsaydı protokol həmin şəxsin barəsində tərtib ediləcəkdi. Şəxs MMC-nin AR İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində iştirak edən Şahid izahatında bildirmişdir ki, Bakı şəhəri Nizami küçəsində yerləşən üzərində “Dosa Mall” satış ofisinin reklamı yerləşdirilmiş daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. Belə ki, o, həmin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27,9 kv.m. olan qeyri yaşayış sahəsini X1 ilə notariat kontorunda aralarında bağladığı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin obyekti heç vaxt Şəxs MMC-nə icarəyə verilməmişdir və həmin şirkət orada fəaliyyət göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000665 nömrəli Aktdan görünür ki, Lənkəran şəhəri Nizami küçəsində müvafiq icazə sənədi olmadan açıq məkanda “Dosa Mall” reklam daşıyıcısının yayımlanması halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000665 nömrəli Göstərişdən görünür ki, Lənkəran şəhəri Nizami küçəsində yerləşən “Dosa Mall” reklamın yayımının dərhal dayandırılması tələb edilmişdir. Həmin göstərişin Şəxs MMC-nə təqdim edilməsi barədə işdə sübut yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 01 saylı baxış aktından görünür ki, xx.xx.2022-ci il tarixli 000665 nömrəli akt və göstərişin icrası müddətinin xx.xx.2022-ciil tarixdə başa çatmasına baxmayaraq reklamın yayımlanmasının davam etdirilməsi aşkar edilmişdir. Həmin baxış aktının Şəxs MMC-nə təqdim edilməsi barədə işdə sübut yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı Protokolda qeyd edilmişdir ki, “Lənkəran şəhəri Nizami küçəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus olan “Dosa Mall satış ofisi” obyektinin reklamları açıq havada icazəsiz yayımlanmışdır” və nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 428.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 24 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı protokola əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 428.7.1 maddəsi bu məzmundadır: müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, Lənkəran şəhəri Nizami küçəsində yayımlanan üzərində “Dosa Mall satış ofisi” yazılmış reklam daşıyıcısının Şəxs MMC tərəfindən quraşdırıldığı, üzərində həmin reklam daşıyıcısının quraşdırıldığı binanın Şəxs MMC-nə məxsus olması və “Dosa Mall” satış ofisinin Şəxs MMC-nə məxsus olması barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Sözügedən reklam daşıyıcısından Şəxs MMC-nin fayda əldə etdiyi də iş üzrə sübut edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 3(106)-04/2023 saylı qərarında da qeyd etmişdir ki, “inzibati işin materiallarında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Dosa Mall” satış ofisinin fəaliyyət ünvanı Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəs 1 olan Şəxs MMC-nə məxsus olması, ümumiyyətlə “Dosa Mall” satış ofisinin həmin hüquqi şəxsə hansısa bir aidiyyatının və əlaqəsinin olmasını sübut edən dəlillər yoxdur. Həmçinin Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000665 nömrəli akt və göstərişin və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 01 nömrəli baxış aktının Şəxs MMC-nə təqdim edilməsi barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-188/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-188/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver