Məhkəmə qərarları › İş №3(049)-188/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-188/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-188/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, protokol tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Lənkəran rayonu, Seydəkəran kəndində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs1 saçlarından tutub dartmaqla və boğazını sıxmaqla fiziki ağrı yetirdiyinə, qaynanası Zərərçəkmiş şəxs2 isə dodaq nahiyyəsinə qəsdən yumruq vurmaqla üst dodaq nahiyyəsinə qançır xəsarəti yetirdiyinə görə barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-cı maddəsi ilə inzibati qaydada MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, 13 yanvar 2025-ci il tarixində, uşaqlarla görüşmək üçün keçmiş arvadının yaşadığı evin həyətinə girib onları çağırmışdır. Lakin evdən heç kiminin çıxmadığına görüb evə daxil olaraq uşaqlarla görüşmək istədiyini bildirmişdir. Bu vaxt keçmiş arvadı Afaq ona hücum çəkib evdən çıxmasını tələb etdiyi üçün aralarında münaqişə yaranmışdır. Daha sonra həmin vaxt evdə olan Afaqın anası Aybəniz pol taxtası ilə arxadan onun başına zərbə edirmişdir. O, özünü Aybənizdən müdafiə etmək istəyərkən pol taxtası Aybənizin dodağına çırpılaraq onun dodağını əzmişdir. Bundan sonra, etdiyi hərəkətə görə Afaq və Aybənizdən dəfələrlə üzrxahlıq etsə də nəticəsi olmamışdır. Özünü təqsirli bilir, əməlindən peşimandır və qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Adil onun keçmiş arvadıdır və onlar 03 il evli olublar. Evlilik müddətində də Adil ona həmişə şiddət göstərib döyürdü. Nəhayət bir gün o, uşaqları götürərək Adilin evindən qaçmışdır. Çünki Adil pis vərdişlərlə məşğuldur, narkotik istifadəçisidir və buna görə də onun uşaqlarla görüşməsini istəmir. Həmin gün Adil ayaqqabı ilə evə daxil olaraq onun saçından tutub sürümüş, bunu görən anası Aybəniz pol taxtasını götürüb qızını Adildən müdafiə etmək istəmişdir. Bu vaxt Adil onun anasının dodağına yumruqla vurmuşdur. Daha sonra 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları gəlib Adili aparmışlar. Həmin gün uşaqlar evdə olduğundan hadisə onların gözü qarşısında olmuş və uşaqlar hadisədən sarsıntı keçirmişlər. O vaxtdan Adil barışmaq üçün heç bir cəhd göstərməmişdir. Məhkəmədən onun barəsində həbs qərarı çıxarılmasını xahiş edir. Məhkəmə iclasında digər Zərərçəkmiş şəxs2 izhatinda bildirmişdir ki, həmin gün evin birinci mərtəbəsində olan zaman qəflətən Adil ayaqqabı ilə evə daxil olaraq əvvəlcə Afaqı əxlaqsız sözlərlə söymüş və sonra onun saçından tutaraq sürüməyə başlamışdır. Qızı 102 xidmətinə zəng etdikdən sonra polis gəlib Adili aparmışdır. O, barışmaq üçün cəhd etməmişdir. Adilin həbs olunmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəisi X5 bildirdi ki, tərəflər arasında mütəmadi olaraq münaqişə baş verir. O, Adili əvvəllər tanımayıb və yalnız baş verən hadisələrdən sonra onu tanımışdır. Ümumilkidə Adil etdiyi əməllərə görə yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 22 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs təəfindən döyülməsi barədə zərəçəkmiş şəxsin məlumatı əsasında aparılmış araşdırma material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ekspertiza və Pataloji Anatomiya birliyinin 28 nömrəli eksper rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 üst dodaq nahiyyəsində aşkar edilmiş qançır bərk küt əşyanın təsirindən törənmiş və müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Ekspertiza və Pataloji Anatomiya birliyinin 29 nömrəli eksper rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərardaddan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərardaddan görünür ki, İXM-nin 157-ci maddəsində əsasən inzibati xətanı törtmiş Şəxs polis şöbəsinə gəlməkdən boyun qaçırdığına görə barəsində açılmış icraat dayandırılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərardaddan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1989-cu il də Lənkəran şəhərində doğulmuş Şəxs barəsində DİN VMAS-da aparılmış elektron sorğu nəticəsində hazırkı günə qədər onun heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş X3 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən peşiman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 fevral 2025-ci il tarix, saat 17:00-dən hesablansın. Həbsin sonu 18 mart 2025-ci il tarix, saat 17:00 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar