Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-189/2025 19.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu Səpnəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, işləməyən, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokola əsasən Şəxs xx.xx.2025-ciü il tarixdə, saat 06.13-də ***-***-**-** nömrəli telefonla DİN-nin 102 Xidmətinə zəng edərək məlumatı qəbul edən operatorun ünvanına təhqiredici söyüşlər söydüyünə görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X3 tərəfindən İXM-nin 510-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-cii il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək operatorun ünvanına təhqiredici sözlər demişdir. Sonuncu Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs çılğın bir qadın kimi tanıyır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, qonşusu Xəyal gəlinlərini yoldan çıxarıb Bakı şəhərinə aparmış, bundan əlavə ona hücum çəkərək xəsarət yetirmiş, dəfələrlə 102 Xidmətinə xəng etsə də, polis əməkdaşlarının gəlmədiyini görüb hirsli vəziyyətdə DİN-in 102 Xidmətinin operatorunu söymüşdür. Etdiyi əməldən peşmandır. Asma xəstəsi və himayəsində 3 azyaşlı nəvələrinin olmasını nəzərə alaraq barəsində olan inzibati xəta ilə bağlı icraata xitam verilməsini xahiş etmişdir. Tədqiq olunmuş sübutlar: DİN-nin X1 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 06.13-də Lənkəran rayonu Səpnəkəran kənd sakini Şəxs ***-***-**-** nömrəsindən “102” Xidmətinə zəng edib məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Məhkəmə elektron portalından məlum olur ki, Şəxs heç bir əlilik statusu müəyyən edilməmiş və o, pensiyaçı deyildir. Materiala əlavə edilmiş diskdəki səs yazılarından müəyyən edilir ki, Şəxs DİN 102 qaynar xəttinə zəng edərək operatoru söyüb təhqir etməklə inzibati xətaya yol vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı materiala əlavə edilmiş diskdəki səs yazıları, inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Buna görədə o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qadın, himayəsində üç azyaşlı nəvələrinin və əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlinin ağırlaşdıran hal yoxdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-189/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-189/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver