Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-19/2025 07.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1 ƏƏSM yanında X4 Xidməıti Lənkəran-Astara regional şöbəsinin «İnzibati tənbeh vermə haqqında» MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən etdim: X2 ƏƏSM yanında X4 Xidməıti Lənkəran-Astara regional şöbəsinin «İnzibati tənbeh vermə haqqında» MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətçi X2 tərəfindən mübahisələndirlən qərarın onun tərəfindən nə vaxt əldə etməsini təsdiqləyən sübutunu şikayətinə əlavə etməmiş, buna görə də onun tərəfindən şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etmək olmur. Cünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanun normasının məzmunundan göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş on günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Bildirirəm ki, şikayətdən bu ilin oktyabr ayında qəbul edilmiş sözügedən inzibati tənbeh vermə haqqında qərarların şikayət vermiş şəxs tərəfindən nə vaxt əldə edildiyi məlum deyil və bu halın təsbit edilməsi qərardan şikayət vermə müddətinin axımının nə zamandan müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Lakin qeyd olunan müddətin nə zamandan başlaması məhkəmə üçün müəyyən deyil. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Eyni zamanda, qeyd edilməlidir ki, İXM-nin 130.2-ci maddəsinin tələbi baxımından qeyd olunan qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası məsələsinə də həmin oqan tərəfindən baxılaraq müvafiq qərar qəbul olunmalıdır. Məhkəmə göstərilənləri və İXM-nin 109-cu maddəsinin tələblərini rəhbər tutub qərara aldım: ƏƏSM yanında X4 Xidməıti Lənkəran-Astara regional şöbəsinin «İnzibati tənbeh vermə haqqında» MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-19/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-19/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver