Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-191/2025 20.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon məhkəməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. O cümlədən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktubların surətlərini də ərizəyə əlavə etmişdir. Lakin şikayətçi həmin qərarın və məktubları ona nə vaxt çatdırıldığını, nə vaxt əldə etdiyini təsdiq edəcək sübutları təqdim etməmişdir. X1 tərəfindən mübahisələndirilən qərarın onun tərəfindən nə vaxt əldə edilməsini təsdiqləyən sübutlar şikayətinə əlavə edilmədiyindən şikayət verilmə müddətinin ötürülübötürülmədiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Eləcə də Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi X1 inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür, həmin halların ondan aslı olmayan səbəbdən baş verməsini isə təsdiq edən sübutları, yəni inzibati tənbeh vermə haqqında qərarı nə vaxt əldə etdiyini təsdiq edəcək sübutları da ərizəyə əlavə etməmişdir. Həmçinin əgər üzrlü səbəbdən bu müddəti buraxmışdırsa bununla bağlı ilk öncə qərarı tərtib etmiş orqan qarşısında şikayət vermə müddətinin bərpası ilə bağlı vəsatət də qaldırmamışdır. Odur ki, şikayət ərizəsi və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Lənkəran rayon məhkəməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər ona qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-191/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-191/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver